Limon şirəsi

Limon C vitamini ilə ən zəngin olan meyvələrdəndir

Limon şirəsilimonun şirəsi

Limon suyunun faydaları

[redaktə | mənbəni redaktə et]
  • Mədə üçün yaxşıdır. İsti su ilə qarışdırılmış limon həzm problemlərini azaltmağa kömək edir. Ürək bulanması, mədə qıcqırması və parazitlərə qarşı təsirlidir. Həzmsizlik əlamətlərini yox edir. Gəyirməyi təmin edir və qaz yaranmasına mane olur. Nizamlı olaraq içildiyində bağırsaqları işlədir. Qəbizliyə və ödün fəaliyyətinə yaxşı təsizr edir. Bəlğəm miqdarını azaldır və öd daşı əriməsinə köməkçi olur.
  • Dəri baxımına faydalıdır. Limon təbii bir antiseptik dərmandır. Dəri problemlərində müalicə əhəmiyyəti var. Dərini cavanlaşdırır, üzə parlaqlıq verir, c vitamini ilə təmin edir, yaşlanmaya qarşı təsir edir. Qara nöqtələrə və qırışlara qarşı faydalıdır.
  • Diş üçün faydalıdır. Təzə limon suyu dişlərə tətbiq edildiyində diş ağrısını kəsir. Diş ətinə masaj edildiyində diş əti qanamalarını dayandırır. Ağız qoxusunu aradan qaldırır.
  • Boğaz infeksiyalarını müalicə edir. Boğaz ağrısı, farengit və infeksiyalara müqavimət göstərə bilən mükəmməl bir meyvədir. Boğaz ətinə yaxşı təsir edir. Qarqara edilə bilər.
  • Arıqlamağa kömək edir. Nizamlı olaraq limon suyu içmək arıqlamağa köməkçi olar. Yağ əriməsini asanlaşdırır. İlıq suya bal ilə qatılanda effekt verir. Bədəni formada saxlayar.
  • Yüksək qan təzyiqini salır. Yüksək təzyiqdə limon suyunun faydalı olduğunu hər kəs bilir. Yüksək kaliumla zəngindir, ürək problemlərinə yaxşı təsir edir, təzyiqi salır. Tənəffüs xəstəliklərinə yaxşı təsir edir. Xüsusilə, astma xəstələrində nəfəs almağı asanlaşdırır.
  • Revmatizmanın müalicəsi üçün təsirlidir. Bakteriya və toksinlərin bədəndən atılmasını təmin edər.
  • Temperaturu salır. Soyuq dəyməsində və qripdə nanə-limon içilir.
  • Qanı təmizləyir. Kolera və qızdırma kimi xəstəliklərdə müalicə edicidir. Qanı təmizləyir və tənzimləyir.