Lin Luder

Xanım Lin Luder İngiltərənin Surey şəhərində doğulub. Bütün karyerası boyunca Londonda yerləşən aparıcı yerli və beynəlxalq hüquq firmaları üçün informasiya texnologiları sahəsində rəhbər vəzifələrdə işləyib. Həyat yoldaşı mer seçildikdən sonra o, bu işlərdən imtina edib. L.Luder xüsusilə Lordlar Tavernaları və Müqəddəs Con Xəstəxanasını dəstəkləyən Yan Luder xeyriyyə müraciəti üzərində işləyir.

LİN LUDER
Doğum yeri Surey, İngiltərə

Həyatı[redaktə | mənbəni redaktə et]

Onun tərcümeyi-halında qeyd olunur ki, merin xanımı doğma şəhərini sevir. Brinaniyanın nüfuzlu Fletçerlər və Karmen şirkətləri onun doğma gildiyalarıdır. Lin həmçinin Koulman Strit Qəyyumluq Klubunun üzvüdür, 2005-2006-cı illərdə isə onun sədri olub. O, həmçinin Farinqton Qəyyumluq Klubunun, Baynard Qəsri Qəyyumluq Klubunun və Azad İnsanlar Gildiyasının üzvüdür.

Onun maraqlarına səyahət, üzgüçülük və bağçılıq daxildir. Adı Big Ben olan qara dişi pişiyi də var.

Onun həyat yoldaşı Lord Alderman Yan Luder London şəhərinin sayca 681-ci meridir. O, 2008-ci il noyabrın 7-də bu vəzifəyə gəlib.

Mənbə[redaktə | mənbəni redaktə et]