Lineamentlər

Lineamentlər — Yer səthində qırılmalar, tektonik pozulmalar və bir çox xətti geoloji elementlər şəklində müşahidə olunur.

"Lineament" anlayışı

[redaktə | mənbəni redaktə et]

"Lineament" anlayışını geoloji ədəbiyyata XX əsrin əvvəllərində amerikalı alim V. Hobbs gətirmişdir. Bu anlayış altında Yer səthinin bütün düzxətli elementləri nəzərdə tutulurdu. Buraya çay sahillərinin düzxətli hissələri, dağ silsilələrinin düzxətli sərhədləri aid edilirdi. Bir qədər sonra bu anlayış öz müstəqil mənasını itirdi və yalnız dərinlik çaylarının yer səthindəki təzahürlərinə aid edildi. Kosmik fəzadan çəkilən şəkillərin meydana çıxmasından sonra "lineament" anlayışına olan maraq yenidən aktuallaşdı.[1]

Lineamentlər kosmik fotoşəkillərdə

[redaktə | mənbəni redaktə et]

Kosmik şəkillərdə qırılmalar və dərinlik yarıqları müxtəlif formalarda düzxətli, əyrixətli, at quyruğuna bənzər və s. formalarda əks olunur. Çat zonaları və gizli çatlar kosmik şəkillərdə ya ensiz xətlərlə və ya çox enli (bir neçə yüz kilometr) qurşaqlar şəklində əks olunur ki, bunları yerüstü tədqiqatlar və ya aeroşəkillər aşkar edə bilmir. Kosmik fotoşəkillərdə belə xətlər asanlıqla aşkar olunur. Bu xətlərin dəqiq görünmə səviyyəsi yarıqların dərinliyindən və aktivlik dərəcəsindən asılıdır. Yer səthinə yaxın və tektonik cəhətdən aktiv yarıqlar şəkildə daha aydın görünür. Platforma sahələrində bu çatlara müvafiq xətlər yayğın, dağ qırışıqlıq ərazilərdə isə dəqiq əks olunur. Dərinlik çatlarının kosmik şəkillərdə qeyd olunması onunla əlaqədardır ki, litosferdə cərəyan edən proseslər yuxarıda yatan laylara təsir göstərir, bununla da geoloji quruluşun formalaşmasına deyil, həmçinin relyefin və torpaq-bitki örtüyünün də formalaşmasına şərait yaradır.

Möhtəşəm lineamentlər

[redaktə | mənbəni redaktə et]

Ən möhtəşəm lineamentlər çatlar sistemi şəklində əks olunur: Aralıq dənizi lineamenti, Ural-Monqol lineamenti, Ural-Oman superlineamenti, Palmir-Abşeron-Manqışlaq superlineamenti, San Andreas lineamenti. Bunlar qırışıqlıq zonalarının möhtəşəm lineamentləridir. Buna platforma ərazilərdə Şərqi AvropaSibir platforması lineamentlərini misal göstərmək olar. Qırmızı dənizin Akaba körfəzi dərinlik çatıdır.

  1. Geologiya. Uşaqlar üçün Ensiklopediya