Linkoln memorialı ABŞ-nin paytaxtı Vaşinqtonda ABŞ prezidenti Abraham Linkolnun xatirəsinə inşa edilmiş bir abidədir.
Dözümlülüyü, dəqiqliyi və qətiyyəti simvollaşdırır. Henry Bacon tərəfindən, Afina Akropolundakı Parfenonu xatırladacaq üslubda tərtib edilmişdir; Hündürlüyü 13.4 m olan 36 sütuna malikdir. Kolorado mərmərindən hazırlanmış bu sütunların sayı ABŞ-nin Linkolnun dövründəki əyalətlərinin sayı qədərdir. Linkolnun 5.80 m hündürlüyündəki heykəli ağ Corciya mərmərindən düzəldilib və Tennesse mərmərindən düzəldilmiş bir özül üzərindədir. Daniel Chester French tərəfindən hazırlanan heykəl Nyu-Yorkdakı Piccirilli qardaşları tərəfindən mərmərə həkk edilmişdir.
Abidənin önündəki bir hovuzun üstündən şərqə, Vaşinqton abidəsi və Kapitola doğru baxır. Abidə içərisində, Lincolnun Gettyburg nitqi cənub divarına həkk edilmişdi və ikinci dəfə prezident seçildikdən sonra etdiyi çıxışı isə şimal divarına həkk olunmuşdur. Tavanda Jules Guerinin iki rəsm əsəri var; bunlardan biri Birləşmə və Tərəqqi, digəri Bir irqin azadlığını əldə etməsi adlanır. Abidənin təməli 1915-ci ildə qoyulmuş və açılışı 30 may 1922-ci ildə edilmişdir