Linqvistik antropologiya — dilin sosial həyata təsirini öyrənən fənlərarası bir elm sahəsi olub, Antropologiyanın mühüm bir qoludur. Ölməkdə olan dilləri sənədləşdirməklə öz fəaliyyətinə başlamışdır. Dilin quruluşu ilə istifadəsinin hər tərəfini əhatə edəcək bir formada son 100 ildə böyümüşdür.
Linqvistik antropologiya, dilin ünsiyyəti necə formalaşdırdığını, sosial identiklik ilə qrup üzvlüyünün necə tənzimlədiyini, müştərək mədəni inancları və ideologiyanı necə təşkil etdiyini və sosial və təbii dünyanın müştərək mədəni təmsilini necə inkişaf etdirdiyini tədqiq edir.