Liqula

Liqula — qayışa bənzədiyi üçün bəzən də onu "qayış" qurdu da adlandırırlar. Liqulanın bir əsas iki aralıq sahibi vardır. Əsas sahibi müxtəlif quş növləridir (qağayı). Aralıq sahibləri isə siklop və balıq növləridir. Uzunluğu bəzən 15–40 sm-ə qədər olur. Yumurta mərhələsindən sonra inkişafı su mühitində gedir. İnkişaf etdiyi balığın bədəni boş kimi olur ki, ona toxunduqda partlayır. Törətdiyi xəstəlik liqulyoz adlanır. Xəstəliyə qarşı mübarizə məqsədi olaraq liqulyoz olan balığın yaşadığı gölməçələr qurudulur və dizenfeksiya olunur.