Liquriya bayrağı (liq. Bandêa da Ligûria) – İtaliyanın Liquriya regionunun rəsmi simvollarından biridir. 7 iyul 1997-ci ildə qəbul edilib.[1][2]
Liquriya bayrağı | |
---|---|
Təfərrüatlar | |
Proporsiya | 2:3 |
Dizayn | şaquli vəziyyətdə olan yaşıl, qırmızı, göy rənglər; Liquriya gerbi |
Hər bir rəngin öz mənası var:
Bayrağın ortasında Liquriyanın gerbi yerləşir. Karavella regionun ticarət və dənizçilik keçmişini təmsil edir. Onun üstündə Genuya Respublikasının və Genuya şəhərinin bayrağı yerləşir. Dörd ədəd altıguşəli ulduz isə Liquriyanın 4 əyalətini təmsil edir: Genuya, Spetsiya, İmperiya və Savona.