Lisey № 13 — Rostov-na-Donu şəhərinin ərazisində, Svoboda meydanında, ev 1 ünvanında yerləşən təhsil ocağı. Bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. Binada ilk əvvəllər Naxçıvan-na-Donuda yerləşir və Yekaterina Qızlar gimnaziyası adlanırdı. Məktəbin binası Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir.
Lisey № 13 | |
---|---|
47°13′45″ şm. e. 39°45′47″ ş. u.HGYO | |
Direktor | Korxova Qalina Vasilevna |
Şəhər | Rostov-na-Donu |
Ölkə | |
Sayt | school13.ru |
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrin sonları Naxçıvan-na-Donuda qızlar gimnaziyası yaradılmışdı. Gimnaziya şəhərin əsasını qoyan imperatriça II Yekatrinanın şərəfinəadlandırılmışdır. Gimnaziya üçün bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. İlk əvvəllr binanın iki mərtəbəsi mövcud idi[1].
Yekatrina qızlar gimnaziyası şəhərin ən elit təhsil ocağı sayılırdı. Burada din, fransız dili, rus dili, coğrafiya, tarix, tikiş, rəssamlıq öyrədilirdi. İlk əvvəllər gimnaziyada təhsil 8 il olmuşdur. Donradan 1910-cu ildə yəhsil müddəti 9 ilə çatdırılmışdır.
1921-ci ildə gimnaziyanın binasında sovet tarixində ilk dəfə S. D. Markov adına birinci əmək məkyəbi açılmışdır. 1930-cu ildə bina Karl Marksın adına sdlandırılmağa başlanılır. 1943–1944 illərdə binada hospital yerləşdirilmişdi. 1947-ci ilə qədər binada hərbi müəssisə yerləşirdi. Sonradan bina təmir edilmişdi. 1952-ci ildə isə binada № 13 məktəbi açılmışdır.
Liseyin binası üç mərtəbədən ibarətdir. Fasadı qara suvaqla üzlənmişdir. Arxa tərəfi qəliz konfiqurasiyaya malikdir. Daxilində pilləkən mövcuddur. Akt zalı binanın ikinci mərtəbəsində yerləşir.
1902—03-ci illərdə binada Maretta Serqeevna Şaqinyan oxumuşdur. 1986-cı ildə binanın fasadına memorial lövhə vurulmuşdur: "1902–1903-cü illərdə bu binada yazıçı, Sosialist Əməyi qəhrəmanı, Lenin adına mükafat laureatı, Dövlət mükafatçısı (1888–1982) Maretta Serqeevna Şaqinyan təhsil almışdır".
1904-cü ildə gimnaziyanı rus və sovet pdixoabalitiki və pedaqoqu Sabina Nikolayevna Şpilreyn əlaq qiymətlərlə bitirmişdir.