Lisinanın binası (Taqanroq)

Lisinanın binasıRostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Lermontov xiyabanı ev 10 ünvanında yerləşir[1]. Bina XIX əsrin 70-ci illərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bina Nikolay Dmitriyeviç Alferakinin vəsaiti hesabına inşa edilmişdir. Bir mərtəbədən ibarət olaraq müxtəlif dekor elementləri ilə işlənmişdir.

Lisinanın binası
rus. Дом Лицина
47°12′48″ şm. e. 38°55′47″ ş. u.
Ölkə  Rusiya
Şəhər Taqanroq
Tikilmə tarixi 1870

Tarixi[redaktə | mənbəni redaktə et]

Bir mətəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Lermontov xiyabanı ev 10 ünvanında yerləşir. Bina XIX əsrin 70-cı illərində Nikolay Dmitriyeviç Alferakinin ailəsinə malik olmuşdur[2]. 1873-cü ildə binanı diş həkimi Qriqoriya Valtera satın almışdır. 1880-ci ildə 1906-ci ilə qədər binanın sahibi Aleksandra Dmitrievna Lisinaya məxsus olmuşdur. Onun əri Nikolay Anastasyeviç Lisin ilk əvvəllər həkim olmuşdur. Sonradan isə iqtisadi sahələrdə çalışmışdır. O, Xeyriyyə cəmiyyatının təşkilatçılarından biri, Şəhər Dumasının üzvü olmuşdur. 1897 - 1901-ci illərdə və 1901 - 1905-ci illərdə Nikolay Lisin şəhər rəhbəri olmuşdur.

1915-ci ildə binanın mülkiyyət hüququ Aleksndra və Nikolay Lisinin övladlarına keçmişdir: Aleksey, Mixail, Qriqori və Boris. Bu zaman binanın qiyməti 15200 rubl olaraq qiymətləndirilirdi. Lisinlərin övladları haqqında az məlumat vardır. Aleksey Nikolayeviç Taqanroq İqtisadi uçilişində dərs deyirdi. Qardaşlar binaya 1925-ci ilə qədər sahib idilər.

Təsviri[redaktə | mənbəni redaktə et]

Bina bir mərtəbədən ibarətdir. Yarım zirzəmi mərtəbəsinə də sahibdir. Fasadı müxtəlif elementlərlə işlənmişdir. Burada lepka elementləri vardır. Üstəlik Alferaki ailəsinin gerbi bu gündə fasadda qorunub saxlanmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Лицина дом//Энциклопедия Таганрога". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
  2. "Дом 10, Лермонтовский переулок". 2017-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.