Litke burnu (çuk. Кэйикэй, esk. Кайкак) — Çukot yarımadası, Puatın buxtası sahillərində yerləşən qayalı burun. Sahillərini Berinq dənizinin suları yuyur. İnzibati cəhətdən Çukot Muxtar dairəsinin Çukotski rayonu ərazisinə daxildir.
Litke burnu | |
---|---|
Yerləşməsi | |
65°50′47″ şm. e. 170°30′12″ q. u. | |
Akvatoriya | Berinq dənizi |
Ölkə | Rusiya |
|
Burun ilk dəfə 1828-ci ildə dövrü dünya səyahətinə çıxmış «Sevyanin» gəmisində kəşf edilmişdir. Komandanın bir ildən sonra geri qayıtması ilə ekspedisiyanın rəhbəri olan Fyodor Litkenin şərəfinə adlandırılmışdır. Çukotkaça çuk. Кэйкэй adı isə tərcümədə — «piydən qırışlar» mənasını verir.
Burunun qayalarında 5 min quş yuva qurur: berinq qrabatdağı, qütb qağayısı, gümüşü qağayı, Sakitokean təmizçisi[1] və s.