Liu Kuren

Liu Kuren (v. 383) — Tiefu konfederasiyasının şərqdəki IV başçısı. Atası Liu Luqu idi. 320-ci ildə hakimiyyətə gəlmişdi. Öncəki Kin imperatorunun vassalı olaraq hakimiyyətdə idi.[1]

Liu Kuren
劉庫仁
Tiefu konfederasiyasının şərqdəki IV başçısı
ƏvvəlkiLiu Luqu
SonrakıLiu Tucuan
Şəxsi məlumatlar
Vəfat tarixi 383
Atası Liu Luqu
Həyat yoldaşı Toba şahzadəsi
Uşaqları Liu Hsian
Liu Peini
Liu Kanqni

Hakimiyyəti stabil şəraitdə başlamışdı. Öncəki Kin kralı Fu Ciana tabe olmuşdu. O da öz növbəsində Kureni Tiefu konfederasiyasının şərqdəki rəsmi başçısı olaraq tanımışdı. Konfederasiyanın qərbdəki başçısı isə Kurenin qohumu Liu Veyçen təyin olunmuşdu. Gələcək imperator Toba Qui də onun sarayında yaşayırdı. Çinin yeni vətəndaş müharibəsinə qədəm qoyduğu bir dövrdə Kuren 384-cü ildə Muronq Çui tərəfindən mühasirəyə alınmış Fu Piyə yardım etdiyinə görə Muyu Çanq adlı bir xidmətçisi tərəfindən rüşvət verilərək öldürüldü. Yerinə qardaşı Liu Tucuan gəldi.[2]

Liu Luqunun böyük oğlu idi. Toba sülaləsindən bir şahzadə ilə evlənmişdi. Bu evlilikdən Liu Hsian adlı övladı olmuşdu.

  1. Vey kitabı (Vey Şu),ikinci cild
  2. Şi Ci Tonqcian, 104, 106, 107, 108, 109, 110, 111, 112, 113, 114, 115-ci cild