Bu məqaləni vikiləşdirmək lazımdır. |
Pis göstəricilərə görə "Liverpul"a yeni məşqçi gəlir - Bill Şenkli. Şenklinin gəlişindən sonra, "Liverpul"un heyəti yeniləndi. Komandaya nə az, nə çox, düz 24 futbolçu cəlb olunmuşdu. Şenkli "Enfild"dəki zirzəmini yeniləyərək, məşqçilərin müzakirə otağı etmişdi - Buts otağı (Boot room).
"Liverpul" 1-ci diviziona 1961/62 sezonunda qalxa bildi. Şenklinin komandası 17 illik çempionsuzluğu son qoyaraq, 1963/64 sezonunda İngiltərə çempionu olmuşdu. 1965-ci ildə finalda "Lids Yunayted"i məğlub edən "Liverpul", tarixində ilk dəfə İngiltərə Kubokunu qazanmışdı. 1965/66 sezonunda "Liverpul" 7-ci dəfə İngiltərə çempionu olur. 1973-cü ildə, finalda "Borussiya Mönxenqladbax"ı məğlub edərən "Liverpul", UEFA Kubokunu qazanmışdı. Növbəti ildə isə "Liverpul" İngiltərə Kubokunu qazanmışdı. Bundan sonra Şenkli futbolu buraxdı, və öz işini köməkçisi olan, Bob Peysliyə təhvil verdi.
Bob Peyslinin dövründə "Liverpul" daha çox kubok qazandı. 1975/76 sezonunda "Liverpul" həm çempionatı, həm də UEFA Kubokunu qazana bilmişdi. Bob Peyslinin 9 illik başçılığı altında "Liverpul" 6 dəfə İngiltərə çempionu olmuşdu, 3 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Superkubokunu, 3 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Kubokunu, 1 dəfə də UEFA Superkubokunu qazana bilmişdi. Bob Peysli 3 dəfə Çempionlar Liqasının qalibi olan yeganə baş məşqçidir. O, İngiltərə Futbol Tarixində olan ən yaxşı məşqçilərdən biri sayılır.
1983-cü ildə Bob Peysli "Liverpul"u tərk etdi. O da Bill Şenklini kimi, öz işini köməkçisinə təhvil verdi. "Liverpul"un yeni baş məşqçisi Co Feqan olur. Feqan ilk sezondaca "Liverpul"u çempion edə bilir. Həmin sezon "Liverpul" həm çempion olur, həm də İngiltərə Liqa Kubokunu və Çempionlar Liqasını qazana bilir. Elə həmin vaxtlar Mersisayd klubunda növbəti ulduz parlamağa başladı. Söhbət Yan Raşdan gedir.