Lixtenşteyn Futbol Federasiyası — 1934-cü ildə (bəzi mənbələrə görə 1933-cü ildə) yaradılsa da, FİFA və UEFA-ya 40 il sonra — 1974-də daxil olub.
Lixtenşteyn Futbol Federasiyası | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Lixtenşteyn yığması rəsmi beynəlxalq yarışlarda 1994-cü ildən çıxış edir. Həmin il aprelin 27-də Belfastda AÇSO turniri çərçivəsində Şimali İrlandiya futbolçularına 1:4 hesabı ilə məğlub olub. İlk matçda ilk qolu Daniel Hasler vurub. Debütantın 1995-ci il iyunun 3-də öz meydanında güclü İrlandiya ilə heç-heçə — 0:0 oynaması Avropada böyük əks-səda doğurdu.