Liza Gerardini

Liza del Cokondo (qızlıq soyadı Gerardini; 15 iyun 1479 – 15 iyul 1542), həmçinin Liza Gerardini, Liza di Antonio Mariya (və ya Antonmariya) Gerardini və ya Mona Lizaİtaliyanın FlorensiyaToskana ərazilərində yaşayan Gerardini ailəsinin üzvü. Onun adı həyat yoldaşının sifarişi ilə İtalyan İntibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş "Mona Liza" portretinə verilmişdir.

Liza del Cokondo
it. Lisa del Giocondo
Leonardo da Vinçi tərəfindən çəkilmiş "Mona Liza" portretinin (1503–06) detalı
Leonardo da Vinçi tərəfindən çəkilmiş "Mona Liza" portretinin (1503–06) detalı
Digər adı Liza Gerardini
Doğum tarixi
Doğum yeri Via Maccio, Florensiya Respublikası
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Sent-Ursula monastırı, Florensiya hersoqluğu
Dəfn yeri
  • Müqəddəs Orsola Monastrı[d]
Həyat yoldaşı Françesko di Bartolomeo di Zanobi del Cokondo
Uşaqları Pyero del Cokondo
Sour Beatris (Kamilla del Cokondo)
Andrea del Cokondo
Cokondo del Cokondo
Sour Lüdovika (Marietta del Cokondo)
Ögey oğlu:Bartolomeo del Cokondo
Atası Antonmariya di Noldo Gerardini
Anası Lukresiya del Kakkia
Tanınır "Mona Liza" portretində təsvir edilməsi ilə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lizanın həyatı haqqında çox az məlumat vardır. O, Florensiyada doğulmuş, erkən yaşlarında geyim və ipək taciri ilə evlənmiş, bir müddət sonra Lizanın həyat yoldaşı dövlət qulluğuna başlamış, xanım özü isə orta təbəqə insanlarına məxsus rahat və adi həyat sürmüşdür.

Lizanın ölümündən əsrlər sonra onun portreti olan "Mona Liza" dünyanın ən məşhur rəsm əsərinə çevrilmiş[1] və sahibəsi olan Lizadan ayrıca həyatını yaşamağa başlamışdır. Tədqiqatçılar və həvəskarların əsər ətrafındakı müzakirələri onu bütün dünyada qəbul edilmiş sənət ikonasına çevrilməsinə səbəb olmuşdur. 2005-ci ildə Lizanın "Mona Liza" üçün model olması dəqiqləşdirilmişdir.[2]

Erkən həyatı və ailəsi

[redaktə | mənbəni redaktə et]

Liza Florensiyanın qədim zadəgan ailəsindən olsa da, zaman keçdikcə onun ailəsi nüfuzunu itirmişdi.[3] Onlar varlı olmasalar da, kasıb həyat da sürmürdülər, Lizanın ailəsi Avropanın ən böyük kənd təsərrüfatlarından birinə malik idi. Ailənin imkanlarına baxmayaraq onun üzvləri arasında zənginlik fərqləri var idi.[4]

Lizanın atası Antonmariya di Noldo Gerardini iki dəfə (1465-ci ildə Liza di Covanni Filippo de Kardukki, 1473-cü ildə Katerina di Mariotto Rukellai ilə) evlənmiş və hər iki həyat yoldaşını itirmişdir. Onların hər ikisi doğuş zamanı vəfat etmişdir.[5] Lizanın anası olan Lukresiya del Kakkiya Pyera Spinellinin qızı və 1476-cı ildə Gerardini ilə ailə quraraq onun üçüncü həyat yoldaşı olmuşdur.[5] Gerardini bir müddət şərab, buğda və zeytun yağı istehsal edən, həmçinin heyvandarlığı ilə tanınan altı Kyanti fermasına sahib olmuşdur.[6]

Liza 15 yanvar 1479-cu ildə Via Maccioda doğulmuşdur[5], lakin, uzun illər ərzində onun Qreve-in-Kyanti yaxınlığındakı Villa Viqnamaccioda doğulması güman edilirdi.[7] O, ata tərəfdən babasının həyat yoldaşı Lizanın şərəfinə adlandırılmışdır.[8] Ailənin yeddi uşağından ən böyüyü olan Lizanın birinin adı Cenevra olan üç bacısı və Ciobanqualberto, Françesko və Noldo adlı üç qardaşı olmuşdur.[9]

Ailə əvvəlcə Florensiyada Santa-Trinita kilsəsi yaxınlığında, daha sonra isə ehtimal ki, qəzalı evi təmir etdirə bilmədiklərinə görə, Santo-Spirito kilsəsi yaxınlığında icarə edilmiş evdə yaşamışlar. Daha sonra Lizanın ailəsi bu gün Via dei Pepi adlandırılan yerə, daha sonra isə Santa-Kroçe kilsəsi yaxınlığına köçərək Leonardo da Vinçinin atası Ser Pyero da Vinçi ilə qonşu olmuşdur.[10] Onlar həmçinin şəhərdən 32 km cənubda yerləşən Poccio ərazisindəki San-Donato kəndində evə malik idilər.[11] Gerardinin atası və Lizanın babası Noldo Kyanti fermalarını Santa-Mariya-Nuova hospitalına vəsiyyət etmişdi. Gerardini buğda yığımına nəzarət etmək üçün yay vaxtını Ka' di Pesa evində keçirirdi.[6]

Evliliyi və sonrakı həyatı

[redaktə | mənbəni redaktə et]
Mərkəzi Florensiya. Françesko və Liza Arno çayından təxminən 1 km şimalda yerləşən Via della Stufada (qırmızı ilə göstərilib) yaşayırdılar. Lizanın valideynləri isə çaya yaxın yaşayırdılar: əvvəlcə şimalda, daha sonra isə cənubda (bənövşəyi ilə göstərilib).

1495-ci ildə 15 yaşlı Liza məşhur geyim və ipək taciri Françesko di Bartolomeo di Zanobi del Cokondo ilə evlənərək onun üçüncü həyat yoldaşı olmuşdur. Lizanın cehizi 170 florin və San-Silvestro ferması olmuşdur ki, bu da Gerardini ailəsinin o zaman varlı olmadığını, onların evlilik səbəbinin isə bir-birlərini sevdiklərini düşünməyə əsas verir.[12] Ərazi sonradan Mikelancelo tərəfindən alınmış Kastellina və San-Donato fermaları arasında yerləşirdi.[10] Nə kasıb olmayan, nə də Florensiyanın varlıları arasında yer almayan ailə orta səviyyəli həyat sürmüşdür. Lizanın evliliyi onun sosial statusunu yaxşılaşdıra bilərdi, çünki həyat yoldaşının maddi durumu onun ailəsinin maddi durumundan daha yaxşı idi.[12] Ehtimal ki, Gerardini də bu evlilikdən qazanc əldə etmişdi, çünki, Gerardini şəhərin ən qədim ailələrindən biri idi.[13] Françesko Via della Stufadakı köhnə evlərinin qonşuluğunda ev alana kimi onlar 5 mart 1503-cü ilədək yataqxanada yaşamışlar. Leonardonun da portret üzərində həmin il çalışmağa başladığı güman edilir.[14][15]

Liza və Françeskonun beş uşağı olmuşdur: Pyero, Kamilla, Andrea, Cokondo və Marietta, onlardan dördü 1496–1507-ci illərdə doğulmuşdur.[16] 1499-cu ildə Liza qız övladını itirmişdir.[11] Liza həm də Françeskonun ikinci həyat yoldaşından olan və anasının ölümü zamanı bir yaşlı Bartolomeonu da böyütmüşdür. Lizanın ögey anası Katerina di Mariotto Rukellai və Françeskonun brinci həyat yoldaşı bacı olmaqla Rukellai ailəsindən idilər.

Kamilla və Marietta katolik rahibələri olurlar. Kamilla Suor Beatris adını götürür və San-Domeniko di Kafaccio monastırına daxil olur, burada ona Antonmarianın bacısı Suor Albiera, Lizanın bacıları Suor Kamilla (dörd kişi ilə monastırda yaxalandıqdan sonra bəraət almışdı) və Suor Alessandraya qulluq etmək həvalə olunur.[17] Beatris 18 yaşında vəfat edir[17] və Santa-Mariya Novella bazilikasında dəfn olunur.[18] Liza Florensiyada böyük nüfuza malik olan Sant-Orsola monastırı ilə yaxşı əlaqə saxlayır və 1521-ci ildə qızı Mariettanı həmin monastırda yerləşdirə bilir. Suor Lüdovika adını götürən Marietta zaman keçdikcə monastırın ən hörmətli rahibələrindən birinə çevrilir.[19]

Françesko Florensiyada dövlət qulluğunda çalışmağa başlayır. 1499-cu ildə o, Dodiçi Buonominiyə, 1512-ci ildə isə Floresniya Sinyorisinə üzv seçilir, 1524-cü ildə isə Priori təyin edilir. Onun Mediçi ailəsi ilə siyasi və ya ticarət əlaqələrinin olması ehtimal edilir. Belə ki, 1512-ci ildə Florensiya hökuməti Mediçiləri şəhərdən qovduqda Françesko həbs edilir və 1.000 florin dəyərində cərimələnir. Sentyabrda Mediçilərin şəhərə qayıtmasından sonra isə o, azad edilir.[18][20]

Bir mənbədə bildirilir ki, o, 1538-ci ildə vəfat edir. Liza xəstələnir və qızı Lüdovika tərəfindən Sent-Ursula monastırına gətirilir və dörd il sonra 63 yaşında həmin monastırda vəfat edir.[21][22]

1537-ci ilin iyununda Lizanın cehizini, geyim və zinət əşyalarını özünə qaytaran Françesko onun gələcəyini təmin edir. Onun qayğısına qalmağı qızı Lüdovikaya, o bacarmadığı halda isə oğlu Bratolomeoya həvalə edən Françesko yazır: "Mona Lizanın mənə bəxş etdiyi sevgi və qayğını, həmçinin hər zaman sadiq və düzgün xanım olmasını nəzərə alaraq, onun ehtiyacı olan hər şeylə təmin edilməsini istəyirəm…"[23]

Lisa del Cakondonun ölümü

[redaktə | mənbəni redaktə et]

Liza del Cakondo ömrünün son illərini Florensiyadakı Sent-Ursula monastırında keçirir və 15 iyul 1542-ci ildə, 63 yaşında vəfat edir.[24] Tədqiqatçıların fikrinə görə 1539-cu ildə vəfat edərkən Françesko təxminən 80 yaşlarında idi. Liza ehtimal ki, 1551-ci ilə kimi, 71–72 yaşlarına qədər yaşamış ola bilərdi.[11]

Leonardo da Vinçinin Mona Liza (azərb. Cakonda‎, it. La Gioconda, fr. La Joconde) rəsmi, Luvr muzeyi
border=none Əsas məqalə: Mona Liza

Digər imkanlı Florensiya ailələri kimi Françeskonun da ailəsi incəsənətlə maraqlanmış və sənətkarlara hamilik etmişdir. Françeskonun oğlu Bartolomeo Antonio di Donnino Mazzieriyə ailənin dəfn yeri olan Santissima-Annunsiata bazilikasını freskolarla bəzəməyi sifariş etmişdi. Andrea del Sarto ailənin başqa bir üzvünün sifarişi ilə Madonna rəsmi işləmişdir.[18] Françesko Leonardoya həyat yoldaşının, Domeniko Puliqoya isə Müqəddəs Fransiskin portretlərini çəkməyi sifariş etmişdi. Lizanın portretini o, Andreanın doğulması və ailənin üv almasını qeyd etmək üçün sifariş etmişdi.[15]

Mona Liza XV–XVI əsr qadın portreti tələblərinə əsasən çəkilmişdir. O, sadiq xanım jesti ilə göstərilir – onun sağ əli sol əlinin üstündə tutulub. Leonardo həm də Lizanı olduğundan daha dəbli və uğurlu göstərmişdir. Onun tünd geyimi və qara vualı İspaniya təsiri ilə yayılmış yüksək dəb göstəricisi idi; bəzi tədqiqatçıların qeyd etdiyi kimi belə geyim heç də onun ölmüş qızına matəm saxlamasını göstərmir. Portret heyranedici böyük ölçüyə malikdir; onun ölçüsü o dövrün daha zəngin messenatlarının sifariş etdiyi rəsmlərin ölçüsünə bərabərdir. Bu ekstravaqantlıq Françesko və Lizanın sosial səviyyəsini yüksəltməyə cəhd kimi qiymətləndirilir.[25]

1911-ci ildə Mona Lizanın Luvrdan oğurlanmasından sonra, 1960–1970-ci illər ərzində əsər Asiyadan Amerikaya kimi müxtəlif ölkələrdə sərgilənmişdir ki, bu da onun məşhurluğunu daha da artırmışdır.

1503-cü ildə Leonardonun heç bir gəlir mənbəyi yox idi və bu onun şəxsi portret sifarişi ilə maraqlanmasını izah edə bilər.[20][26] Lakin, həmin ilin sonlarına yaxın, o, sifarişini təxirə salmalı olur, çünki daha dəyərli sifariş olan "Anginari döyüşü" rəsmi üzərində işləmək sifarişi alır, digər əsərini isə 1505-ci ildə tamamlayır.[27] 1506-cı ildə Leonardo hələ də portreti tamamlanmamış hesab edirdi.[28] O, əsərə görə ödəniş almamış və onu sifarişçiyə təhvil verməmişdir.[29] Rəssamın əsərləri özü ilə birlikdə səfər etmiş və Mona Liza illər sonra, ehtimal ki, 1516-cı ildə[30] Fransada tamamlanmışdır.[13]

Əsərin adı 1550-ci ilə aid edilir Françeskonun ailəsinin bir neçə üzvü ilə tanış olan[11] Corco Vazari yazır: "Leonardo, Françesko del Cakondo üçün onun həyat yoldaşı Mona Lizanın portretini çəkməyi öhdəsinə götürdü."[28] (it. Prese Lionardo a fare per Francesco del Giocondo il ritratto di mona Lisa sua moglie.[31]) Portretin italyanca adı olan it. La Gioconda xanımın həyat yoldaşı soy adının qadın formasıdır. Fransız dilli mənbələrdə portret fr. La Joconde adlı ilə tanınır. Lizanın soy adından alınmasına baxmayaraq, həmin söz həm də "xoşbəxt" (ingiliscə "jocund") və ya "xoşbəxt biri" anlamını verən sözlə də əlaqələndirilir.[13]

Aqostino Vespuççinin qeydi

Müxtəlif fikirlərə əsasən Lizanın adı dörd fərqli rəsm əsəri, şəxsiyyəti isə on müxtəlif insanla identikləşdirilmişdir.[32][33] XX əsrin sonlarında əsər qlobal sənət ikonasına çevrilmişdir.[34]

2005-ci ildə Heydelberq Universiteti Kitabxanasının mütəxəssisinin aşkaraq çıxardığı qeyd ənənəvi olaraq hesab edildiyi kimi, əsərdə Lizanın təsvir olunmasını sübuta yetirmişdir. 1503-cü ildə Aqostino Vespuççi tərəfindən yazılmış qeyddə bildirilir ki, Leonardo Liza del Cakondonun portreti üzərində işləmişdir.[2] XVI əsrdə kral I Fransisk tərəfindən alındıqdan sonra Mona Liza Fransada saxlanmışdır; lakin, Böyük Fransa inqlabından sonra o, xalqın mülkiyyətinə keçmişdir.[35] Bu gün, Luvrda Fransa milli kolleksiyasına daxil olan əsəri, hər il təxminən altı milyon adam ziyarət edir.[36]

  1. Riding, Alan. "In Louvre, New Room With View of 'Mona Lisa'". The New York Times. The New York Times Company. April 6, 2005. June 25, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.
  2. 1 2 "Mona Lisa – Heidelberger Fund klärt Identität (English: Mona Lisa – Heidelberger find clarifies identity)". University Library Heidelberg. 2011-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.
  3. Pallanti 2006, p. 58
  4. Pallanti 2006, pp. 17, 23, 24
  5. 1 2 3 Pallanti 2006, p. 37
  6. 1 2 Pallanti 2006, pp. 41–44
  7. "History of Vignamaggio". Villa Vignamaggio. May 12, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.
  8. Pallanti 2006, p. 40
  9. Pallanti 2006, p. 44
  10. 1 2 Pallanti 2006, pp. 45–46
  11. 1 2 3 4 Zöllner 1993, p. 4
  12. 1 2 Zöllner 1993, p. 5
  13. 1 2 3 Kemp, Martin. Leonardo Da Vinci: The Marvellous Works of Nature And Man. Oxford University Press via Google Books limited preview. 2006. 261–262. ISBN 0-19-280725-0. İstifadə tarixi: 21 yanvar 2018.
  14. "Portrait of Lisa Gherardini, wife of Francesco del Giocondo". Musée du Louvre. 2007-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-10-04.
  15. 1 2 Zöllner 1993, p. 9
  16. Johnston, Bruce. "Riddle of Mona Lisa is finally solved: she was the mother of five". Telegraph.co.uk. Telegraph Media Group. January 1, 2004. October 11, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.
  17. 1 2 Pallanti 2006, pp. 61–62
  18. 1 2 3 Müntz 1898, p. 154
  19. Pallanti 2006, p. 63
  20. 1 2 Masters, Roger D. Fortune is a River: Leonardo da Vinci and Niccolò Machiavelli's Magnificant Dream of Changing the Course of Florentine History (online notes for Chapter 6). Free Press via Dartmouth College (dartmouth.edu). June 15, 1998. ISBN 0-684-84452-4. February 3, 2009 tarixində orijinalından arxivləşdirilib.
  21. Lorenzi, Rossella. "Mona Lisa Grave Found, Claims Scholar". Discovery Channel News. Discovery Communications. January 19, 2007. November 26, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-10-06.
  22. Lorenzi, Rossella. "Mona Lisa's Identity Revealed?". Discovery Channel News. Discovery Communications. May 2, 2007. October 8, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.
  23. Pallanti 2006, p. 105
  24. Squires, Nick. "Who was Mona Lisa? Burial breakthrough may solve identity mystery behind Da Vinci masterpiece". The Daily Telegraph. 24 September 2015. 20 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 January 2018.
  25. Zöllner 1993, p. 12
  26. Zöllner 1993, p. 7
  27. Müntz 1898, p. 136
  28. 1 2 Clark, Kenneth, quoting a translation of Vasari. "Mona Lisa". The Burlington Magazine. The Burlington Magazine Publications via JSTOR. 115 (840). March 1973: 144–151. ISSN 0007-6287. JSTOR 877242.
  29. Zöllner 1993, p. 6
  30. "Mona Lisa 1503–16". University of the Arts, London. 2014-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.
  31. Vasari, Giorgio. Le vite de' più eccellenti pittori, scultori ed architettori. IV. Gaetano Milanesi. Firenze: G.C. Sansoni. 1879 [1550, rev. ed. 1568]. səh. 39. İstifadə tarixi: 21 yanvar 2018.
  32. Stites, Raymond S. "Mona Lisa--Monna Bella". Parnassus. College Art Association via JSTOR. 8 (1). January 1936: 7–10+22–23. doi:10.2307/771197. JSTOR 771197.Littlefield, Walter. The Two "Mona Lisas". The Century: A Popular Quarterly by Making of America Project via Google Books scan from University of Michigan copy. 1914. səh. 525. İstifadə tarixi: 2007-10-09.Wilson, Colin. The Mammoth Encyclopedia of the Unsolved. Carroll & Graf via Google Books limited preview. 2000. 364–366. ISBN 0-7867-0793-3.
  33. Debelle, Penelope. "Behind that secret smile". The Age. The Age Company. 2004-06-25. 2013-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.Johnston, Bruce. "Riddle of Mona Lisa is finally solved: she was the mother of five". Telegraph.co.uk. Telegraph Media Group. 2004-01-08. 2007-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.Nicholl, Charles (review of Mona Lisa: The History of the World's Most Famous Painting by Donald Sassoon). "The myth of the Mona Lisa". Guardian Unlimited. London Review of Books via Guardian News and Media. 2002-03-28. 2008-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.Chaundy, Bob. "Faces of the Week". BBC News. BBC. 2006-09-29. 2014-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.
  34. Sassoon 2001, Abstract and p. 16
  35. Sassoon 2001, p. 8
  36. Chaundy, Bob. "Faces of the Week". BBC News. BBC. 2006-09-29. 2014-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.Canetti, Claudine. "The world's most famous painting has the Louvre all aflutter". Actualité en France via French Ministry of Foreign and European Affairs (diplomatie.gouv.fr). n.d. 2011-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]