Lo (fr. Lot, tələffüzü «lot»[1]; oks. Òlt, Òut) — Fransa cənub-qərbində yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 46. İnzibati mərkəzi — Kaor.
Departament | |
Lo | |
---|---|
fr. Lot oks. Òlt, Òut | |
|
|
Ölkə | Fransa |
Daxildir | Oksitaniya |
İnzibati mərkəz | Kaor |
Şuranın sədri | Serj Riqal |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 4 mart 1790 |
Sahəsi | 5.217 km² (71 %) |
Saat qurşağı | UTC+1 |
Əhalisi | |
Əhalisi | 181 232 nəfər (2010) (92-ci yer) |
Əhalinin sıxlığı | 34,74 nəfər/km² (92-ci yer) |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | FR-46 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Ərazisi — 5217 km². Departamentin ərazisində Lo və Sele çayları axır. Region şərabçılıq ənənələri ilə məşhurdur (rus. Cahors şərabının adı Kaor şəhərindən gəlir). Departamentə 3 rayon, 31 kanton və 340 kommun daxildir.
Lo — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Qiyen və Qaskon əyalətinin ərazisində yerləşir. Adı Lo çayından gəlir. 1808-ci ildə Lo departamentin bir hissəsi Tarn və Qaronna departamentlərinə əlavə olundu.