Lobanovun binası həmcinin Şukin binası[1] — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina tarixi və mədəni bina olaraq[2] yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina Matvey Yakovleviç Lobanovun vəsaiti ilə inşa edilmişdir. Bina 1897-ci ildə inşa edilmişdir. Bina Qreçeskaya 32 ünvanında yerləşir[3]. Bina klassizm stilinə stilinə sahibdir
Lobanovun binası | |
---|---|
rus. Дом Лобанова | |
47°12′31″ şm. e. 38°56′34″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Tikilmə tarixi | 1897 |
Matvey Yakovleviç Lobanov 1897-ci ildə Taqanroq şəhəri, Qreçeskaya küçəsi 32 ünvanında bir mərtəbəli bina inşa etdirmişdir[4]. 1906-cı il məlumatına görə bina hələdə Matvey Yakovleviç Lobanov mülkiyyəti olaraq qalırdı. Bir fəziyəyə görə 1910-cu il, digər fəziyyəyə görə isə 1915-ci ildən binaya Natali Dmitrievna Şuçkina sahinlənmişdir. Onun həkim əri İvan Pavloviç Şuçkin XX əsrin əvvəllərində Taqanroqda hərbi həkim vəzifəsində çalışmışdır. Onların üç övladı olmuşdur. Yeganə oğlu otuz yaşında Şərqi Prusiyada gedən döyüşlərin birində faciyəli şəkildə həlak olmuşdur. Onun atası İvan Pavloviç 1915-ci ilin fevralında döyüş yerinə,gedərək oğlunun nəşini taparaq Taqanroqa gətirmişdir. 1921-ci ildən binada 10 nömrəli yetimlər evi yerləşirdi. 1992-ci ildən binaya arxitektur abidə statusu verilmiş və qorunması qərara alınmışdır.
Binanın fasadı üç hissəyə bölünmüşdür. Binadan soldan iri darvaza vardır. Binanın həyətində qüllə vardır ki, onunda eyvanı belə vardır. Binanın fasadında dairəvi pəncərələr mövcusdur. Bu bina yarımkolonnalarla bəzədilmişdir.