Locavis - Azərbaycanda fəaliyyət göstərən ilk avtomobil paylaşım (Carsharing) platformasıdır. Fərdi şəxslərin öz şəxsi avtomobillərini istədikləri məbləğ qarşılığında rəqəmsal formada paylaşa biləcəkləri car share modelidir.[1] Locavis mobil tətbiq vasitəsi ilə çalışır və istifadəçilərin, avtomobillərin qeydiyyatını da heç bir fiziki əlaqə yaratmadan, rəqəmsal formada onlayn həyata keçirir.[2] Tətbiq məkan məlumatları əsasında fəaliyyət göstərir və funksiyası sizə ən yaxın avtomobili və onun paylaşılma şərtlərini ucuz və əlçatan formada sadələşdirməkdir.[3]
Locavis | |
---|---|
Locavis MMC | |
Ümumi məlumatlar | |
Sənaye | Car Sharing |
Məhsulu | Mobil tətbiqetmə |
Təsis tarixi | İyul, 2021 |
Baş qərargahın yeri | Azərbaycan |
Rəhbərlik | |
Təsisçi |
Xəyal Fətəliyev Orxan Fətəliyev |
locavis.az |
Locavis tətbiqi vasitəsi ilə istifadəçilər həm öz avtomobillərini paylaşa, həm də paylaşılan avtomobilləri ənənəvi icarə qiymətlərindən daha aşağı şəkildə əldə edə bilərlər. [4]Tətbiq istifadəçilərə minimum 30 dəqiqə sonraya avtomobili bron etmə imkanı yaradır ki , bu da öz növbəsində transport və nəqliyyat sahəsində inqilabi xarakter daşıyır. Locavisin sevilən funksionallıqlarından biri də seçilən nəqliyyat vasitələrinin əlavə xidmət kimi ünvana çatırılmasıdır. Tətbiq yalnız şirkətlər üçün yox, həm də fərdi şəxslərin də avtomobil paylaşması üçün nəzərdə tutulmuşdur. Rəqəmsal paylaşım bazarı nümunəsində yaradılmış tətbiq istifadəçilərə hec bir qiymət məhdudiyyəti qoymayaraq onlar arasındakı rəqabəti təmin edir. Locavis gələcəkdə motosiklet, scooter və ona bənzər digər transport vasitələrinin də paylaşılmasına da imkan yaratmağı vəd edir.
- Share (paylaşım) və transport ( daşıma) qiymətlərini əlçatan və ucuz etmək.[5]
- İnsanlara rəqəmsal bazar vasitəsi ilə pul qazanmaq üçün yeni sahə təqdim etmək. - Dünyanın hər yerində sadəcə "Locavis" tətbiqi ilə nəqliyyat vasitəsi tapa bilmək. [6]
- İnsanları ekoloji cəhətdən daha təmiz və zərərsiz olan nəqliyyat vasitələrinə təşviq etmək.
- Soyuq və yağışlı havalarda əlverişli olmayan motosiklet, moped və skuterləri çox kiçik elektrikli avtomobillərlə əvəzləmək.
Ümumiyyətlə texnologiya və istehsalın artması nəticəsində artıq bəzi dünya ölkələrində şəxsi avtomobil istifadəsi ən yuxarı həddə çatmışdır. Və bu da hər il artan qlobal istiləşmə faizini və onun fəsadlarını gün keçdikcə diqqətə çarpacaq dərəcəyə çatdırır. Lakin Locavis də öz növbəsində qlobal istiləşməni dayanırmağa çalışır. Avtomobil paylaşımı əslində fərdi şəxslərin şəxsi avtomobil sahibi olmağa ehtiyac duymamaları üçün yaradılmışdır. Belə ki paylaşım qiymətlərini kifayət qədər sadələşdirən tətbiqin həmçinin eco-friendly siyasətinə əsasən Elektrikli və digər Green Vehicles adlanan kateqoriyadaki nəqliyyat vasitələrinə verilən üstünlük , aşağı faiz komissiyaları və istifadəçilər tərəfindən artan tələbat digər avtomobil sahiblərini də bu kategoriyaya keçməyə təşviq etməklə bərabər həmçinin elektroavtomobillərin sayının artmasına xidmət edir . Ekoloji cəhətdən təmiz vərdişlər və ya təcrübələr qazanmaq, ətraf mühitin çirklənməsinə daha az təsir etmək, həmçinin avtomobil sahiblərini və icarə edənləri əlavə xərclərdən(yanacaq, mühərrik yağının, filterlərin dəyişdiririlməsi və s.) azad etmək və bununla da vaxtlarına qənaət üçün ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitələrinin istifadəsi və daha da geniş yayılması nəzərdə tutulub. Məhz bu buna görə də gələcək 5 ildə Locavisin eco-friendly daxilində bir sıra ölkələrdə tətbiqi, istifadəsi və daha da geniş yayılması nəzərdə tutulub.
Programın daxilində seçilən və xüsusi paylaşım prosedurlarına malik müəyyən növ nəqliyyat vasitələrinin qapı kilidini avtomobilin olduğu ünvana gedərək NFC və ya QR kodvasitəsi ilə açmaq mümkündür. Həmçinin elektromobillərin enerji doldurulmasını asanlaşdırmaq məqsədi ilə Locavis şirkəti küçə və digər ərazilərə quraşdırılmış dam örtüyü günəş panelləri və külək turbinləri ilə təchiz olunmuş dayanacaqlarla təmin etməyi düşünür. Bu dayanacaqlar əsas enerji payını ekoloji cəhətdən təmiz enerji növü olan günəş və külək enerjisindən almağı planlaşdırır.
Gələcəkdə belə dayanacaqların sayının artırılması nəticəsində şirkət nəqliyyat qiymətlərini kəskin endirməyi hədəfləyir. Belə ki bütün eleltromobil sahibi olan istifadəçilərinə və Locavisin mini elektromobil xidmətlərindən istifadə edənlərə dayanacaqlardan əldə edilən enerjinin güzəştli şərtlərlə və ya pulsuz verilməsi də nəzərdə tutulmuşdur.[7]
"Locavis" latın dilindən götürülmüş sözdür, hərfi mənası isə icarələmək və ya icarələnmişdir kimi başa düşülür.
Simmetrikdir, 3 ədəd məkan işarəsi təsvir olunmuşdur, istənilən yerdən əlçatan olan mənasındadır. Loqo daxilində gizli şəkildə Locavis yazısı yerləşdirilmişdir.
"Locavis" MMC Fətəliyev Orxan Fətəli oğlu və Fətəliyev Xəyal Fətəli oğlu tərəfindən təsis edilmişdir və 28 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır.