Lombardiya Regional Şurası (it. Consiglio Regionale della Lombardia, lomb. Consili regional de la Lombardia) — İtaliya Respublikasının regionlarından biri olan Lombardiyada qanunvericilik hakimiyyətini həyata keçirən regional hakimiyyət orqanı. Birpalatalı orqan olub 80 deputatdan ibarətdir. Onlardan 49-u hökumət, 31-i isə, müxalifət tərəfdarıdır. Regional şuranın qərargahı Milan şəhərində yerləşən Pirelli qülləsidir.
Lombardiya Regional Şurası | |
---|---|
it. Consiglio Regionale della Lombardia lomb. Consili regional de la Lombardia | |
Ümumi məlumatlar | |
Növü | təkpalatalı parlament |
Təsis tarixi | 1970 |
İdarə heyəti | |
Prezident |
Alessandro Fermi 5 aprel 2018 tarixindən |
Quruluşu | |
Üzvlərin sayı | 80 |
Siyasi partiyalar |
Hökumət: (49) |
Seçkilər | |
Sonuncu seçkilər | 4 mart 2018 |
Sayt | |
consiglio.regione.lombardia.it | |
İlk seçkilər 1970-ci ildə, 1948-ci il İtaliya Konstitusiyası əsasən adi regionlar qurulduğu zaman keçirilmişdir. Son seçkilər 24 fevral 2013 tarixində keçirilmişdir. Hal-hazırkı prezident Populyar Alternativ partiyasının üzvü olan Raffaele Kattaneodur.[1]
Şura regionun qanun və qaydalarını təsdiqləyir. Regional şura həmçinin regional statusu və regional büdcəni təsdiqləmək və qanunları milli parlamentə təklif etməklə vəzifələndirilmişdir.
Qanunvericilik | Prezident[2] | Partiya | Dövr |
---|---|---|---|
I | Qino Kolombo | Xristian Demokratiyası | 6 iyul 1970 – 24 iyul 1975 |
II | Sergio Marvelli | İtaliya Sosialist Partiyası | 24 iyul 1975 – 20 aprel 1978 |
Karlo Smuraqliya | İtaliya Kommunist Partiyası | 20 aprel 1978 – 24 iyul 1980 | |
III | Serqiyo Marvelli | İtaliya Sosialist Partiyası | 24 iyul 1980 – 6 oktyabr 1983 |
Renzo Peruzzotti | İtaliya Sosialist Partiyası | 6 oktyabr 1983 – 18 iyun 1985 | |
IV | Yuqo Finetti | İtaliya Sosialist Partiyası | 18 iyun 1985 – 5 avqust 1985 |
Fabio Semenza | İtaliya Respublikaçı Partiyası | 5 avqust 1985 – 27 iyun 1990 | |
IV | Qiyanpiyetro Borqini | İtaliya Kommunist Partiyası | 27 iyun 1990 – 12 fevral 1992 |
Klaudio Bonfanti | İtaliya Sosialist Partiyası | 12 fevral 1992 – 9 dekabr 1992 | |
Francesko Zakkariya | İtaliya Sosialist Partiyası | 9 dekabr 1992 – 19 iyun 1995 | |
VI | Qiyankarlo Morandi | Forza Italia | 19 iyun 1995 – 12 iyun 2000 |
VII | Attiliyo Fontana | Şimal Liqası | 12 iyun 2000 – 6 iyun 2005 |
VIII | Attiliyo Fontana | Şimal Liqası | 6 iyun 2005 – 6 iyul 2006 |
Ettore Adalberto Albertoni | Şimal Liqası | 6 iyul 2006 – 15 iyul 2008 | |
Qiuliyo Aşil de-Kapitani | Şimal Liqası | 15 iyul 2008 – 11 may 2010 | |
IX | David Boni | Şimal Liqası | 11 may 2010 – 8 may 2012 |
Fabriziyo Keksetti | Şimal Liqası | 8 may 2012 – 27 mart 2013 | |
X | Raffaele Kattaneo[1] | Populyar Alternativ | 27 mart 2013 – h.h |