London Bari FK


London Bari Futbol Klubuİngiltərənin London şəhərini təmsil edən peşəkar futbol klubudur. Klub hal-hazırda Esseks Seniyor Liqasında mübarizə aparır. Öz ev oyunlarını Kleptonun oynadığı Old Spotted Doq stadionunda keçirir.

London Bari FK
Loqonun şəkli
Klubun tam adı London Bari Football Club
Ölkə İngiltərə İngiltərə
Yaranma tarixi 1995
Stadionu Old Spotted Doq, İngiltərə London
Tutumu 2000
Baş məşqçisi İngiltərə Kaşka Antoni Rey
Liqa Esseks Seniyor Liqası
2015/2016 8
Rəsmi saytı

Tarixi[redaktə | mənbəni redaktə et]

Bari Futbol Klubu 1995-ci ildə təsis edilmişdir. Klub 1998-ci ilə qədər Cənubi Esseks Futbol Liqasında mübarizə aparmışdır.[1] Liqanı tərk etdikdən sonra klub Asiya Liqasının Birinci Diviziyasında çıxış etməyə başladı.[1]

Klub 2011-12-ci il mövsümündə Esseks Korintian Sandey Futbol Liqasının qalibi oldu. Onlar uğurlu çıxışlarının ardından Esseks Seniyor Futbol Liqasına vəsiqə qazandılar.[2]

Uğurları[redaktə | mənbəni redaktə et]

  • FA Veys
    • İkinci təsnifat mərhələsi 2014–15[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 About Us Arxivləşdirilib 2016-05-30 at the Wayback Machine Bari FC
  2. 1 2 London Bari at the Football Club History Database

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]