London kitabxanası — Londonda 1841-ci ildə yaradılmış, kitabların və digər informasiya daşıyıcılarının icarəyə verilməsi mümkün olan müstəqil kitabxana.[3]
London Kitabxanası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1841[2] |
Digər məlumatlar | |
İşçi sayı |
|
ISIL kodu | GB-UkLoLIB |
Sayt | londonlibrary.co.uk |
Vikianbarda əlaqəli mediafayllar |
London Kitabxanası Britaniya Muzeyi Kitabxanasının idarəetmə siyasətindəki bəzi məqamlarla razılaşmayan Tomas Karlaylın təşəbbüsü ilə yaradılıb. Bu kitabxana 1845-ci ildən Müqəddəs Ceyms Meydanında yerləşir. Vestminster şəhərinin Müqəddəs Ceyms bölgəsində bu kitabxananın xidmət göstərdiyi tikili var[4].
Kitabxanaya üzvlük illik abunə ödənilməklə hər kəsə açıqdır. Kitabxanaya ömürlük və korporativ üzvlük də mövcuddur. 2021-ci ilin dekabr ayına qədər olan məlumata əsasən, London kitabxanasının 7000-dən çox üzvü var.[5]
Kitabxananın uzun müddət prezidenti olmuş, şair, naşir, dramaturq, essey yazıçısı, ədəbi tənqidçi və redaktor Tomas Sterns Eliot (̈1888-1965) üzvlərə üzünü tutaraq "nə cür sosial dəyişiklik baş verərsə versin, London Kitabxanasının məhv olması sivilizasiya üçün fəlakət olardı" demişdir.[6]
London Kitabxanası özünü təmin edən müstəqil bir qurumdur. Yeganə məqsədi təhsilin və biliyin inkişafı olan xeyriyyə təşkilatı kimi qeydiyyatdan keçmişdir. 13 iyun 1933-cü ildə Kral Xartiyasına qoşulmuş, 21 oktyabr 1988-ci ildə isə bu qurum əlavə Kral Xartiyası ilə təmin edilmişdir. Kraliça 6 iyul 2004-cü ildə həm 1933, həm də 1968-ci il xartiyalarını ləğv edərək kitabxanaya yeni Kral Xartiyasını təqdim etmişdir.[7] Kitabxananın öz nizamnaməsi və qaydalarını hazırlamaq və ya dəyişdirmək səlahiyyəti var. Onun kral himayəçisi, seçilmiş prezidenti və vitse-prezidentləri var. Kitabnxana sədr və xəzinədar da daxil olmaqla maksimum 15 qəyyumdan ibarət seçilmiş şura tərəfindən idarə olunur.
Kitabxana aşağıdakı vaxtlarda xidmət göstərirː
Vitse prezidentləri isə Lord Littelton, Sir Isayya Berlin, Sir Rupert Hart-Devis, Lord Kenon, Lord Reyn, Sir Stiven Ransiman, Xanım Veronika Vecvud, Xanım Rebekka Uest, Pol Boatenq, Xanım Antoniya Freyzer, Kerolayn Mişel, Ceremi Paksman, Aleksandra Şulman və Cozi Rurk olub.