Lopes burnu

Lopes burnu (fr. Cap Lopez) — Mərkəzi Afrikanın Qabon sahillərində 55 km məsafədə uzanan burun və yarımada. Burun həmçinin Qvineya körfəzini Atlantik okeanından ayıran təbii sərhəddir. Burunda Oqave çayının deltası yerləşir. Yaxınlıqda Port-Jantil şəhəri yerləşir. Burunda 1897-ci ildə mayak quraşdırılmışdır. Müasir bina isə 1911-ci ildə inşa edilmişdir[1].

Lopes burnu
Yerləşməsi
0°37′28″ c. e. 8°42′29″ ş. u.HGYO
Akvatoriya Atlantik okean
Ölkə  Qabon
Lopes burnu xəritədə
Lopes burnu
Lopes burnu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Burun öz adını portuqaliyalı araşdırmaçı Qonsales Lopesin adından almışdır. O, 1474-cü ildə buruna qədər üzüb gələ bilmişdir. XVIII—XIX əsrlərdə burun qul ticarətinin əsas mərkəzlərindən biri olmuşdur. 1862-ci ildə fransa ilə yerli qəbilələr arasında imzalanmış anlaşmaya görə burun ərazisi Fransanın hüquqi mülkiyyətinə çevrilmişdir. Hazırda burun Qabonun Oqave-Maritim vilayətinə daxildir. Burada neft terminalı yerləşir ki, oradan da Qabon neftinin böyük hissəsi ixrac edilir.

  1. "Lighthouses of Gabon" (ingilis). Russ Rowlett and the University of North Carolina at Chapel Hill. 2016-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-25.