Loya cirgə

Loya cirgə (puşt. لويه جرګه Böyük Şura)—ümuməfqan ağsaqqaları şurası.

Ümuməfqan şurası olan Loya cirgə (Böyük Şura) Əfqanıstan tarixində dövlətin ictimai-siyasi həyatının ən mühüm məsələlərinin həllində böyük əhəmiyyət kəsb edib.

Əfqanıstanda aşağı palatası (Xalq Şurası) xalq tərəfindən seçilən, yuxarı palatası (Senat) şah tərəfindən təyin olunan ilk müasir tipli parlament 1931-ci ildə formalaşıb. 1973-cü il şah rejimi devrilib respublika yaradılanda parlament buraxılıb və bir daha çağırılmayıb. 1978-ci il kommunist çevrilişindən sonra da parlament seçkiləri keçirilməyib. Nəhayət, 1988-ci ildə parlamentə çoxpartiyalılıq əsasında seçkilər keçirilib. 1990-cı ildə kommunist rejimini devirib hakimiyyətə gələn taliblər də parlamentsiz keçiniblər. 2001-ci ildə Əfqanıstana ABŞ qoşunları yeridiləndən sonra qəbul edilən 2003-cü il Konstitusiyasına əsasən, 2005-ci ildə ikipalatalı parlamentə - Milli Şuraya seçkilər baş tutub.

İkipalatalı parlament - Milli Şura

[redaktə | mənbəni redaktə et]

Əfqanıstan parlamenti ikipalatalıdır - Xalq Şurası və Ağsaqqallar Şurası. Yuxarı palatanın - Ağsaqqallar Şurasının 102 üzvü var. Onlardan 1/3-i əyalət şuraları, 1/3-i qəza şuraları, 1/3-i isə prezident tərəfindən seçilir. Deputatların səlahiyyət müddəti 5 ildir. Aşağı palatanın - Xalq Şurasının 249 üzvü Əfqanıstanın 34 əyalətində keçirilən birbaşa seçki yolu ilə 5 illik müddətə seçilir. Konstitusiyaya görə Xalq Şurasında hər əyalətdən iki qadın olmaqla 68 qadın təmsil olunmalıdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]