Luiza Pesyak

Luiza Pesyak (sloven. Luiza Pesjak 12 iyun 1828[1][2], Lyüblyana[2]1 mart 1898, Lyüblyana) — Sloven əsilli yazıçısı, şair və tərcüməçi.

Luiza Pesyak
Doğum tarixi 12 iyun 1828(1828-06-12)[1][2]
Doğum yeri
Vəfat tarixi 1 mart 1898(1898-03-01) (70 yaşında)
Vəfat yeri
Fəaliyyəti yazıçı, şair, tərcüməçi, dramaturq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

12 iyun 1828-ci ildə Lyublyanada vəkil Blaz Krobazın ailəsində anadan olmuşdur. Ailənin birinci övladı olur[3]

Fröhlichov adlı xüsusi bir müəssisədə oxuyur. Burada qızların adi təhsili ilə yanaşı, roman dilləri və ədəbiyyatı üzrə biliklər qazanır. 1844-cü il onun poeziyasının başlanğıc ili olur. Sloven və alman dillərində əsərlər yazır[4]. Sloveniyalı yazıçı, dramaturq və tənqidçi Fransez Levstick Luiza müasirləri arasında ona böyük təsir göstərir.

Atasının ölümündən sonra, 1848-ci ildə Luisa, zəngin tacir və təşəbbüskar Simon Pesyak (sloven. Simon Pesjak) ilə evlənir. Onların beş qız ovladları dünyaya gəlir. Ailədə alman və fransız dillərində danışılır. Əvvəllər — 1840-cı ildə ədəbi fəaliyyətə başlamış və alman dilində də əsərlər yazmışdır. Onun Poetische Versuche əsərini yazması 1843–1844 illərə təsadüf edir. O, ingilis dilini mükəmməl bilirdi. 1860-cı ildən sonra Luiza Pesyak Sloveniya milli hərəkatının üzvü olur və vətənpərvərlik əsərləri yazmağa başlayır. Bunlardan birincisi, Kar ljubim adı əsəri olur ki, oda 1864-cü ildə yazılmış və Bleiweisovih novicahda nəşr edilmişdir. Uşaqlar üçün kitablar da yazmışdır. Bu illərin əsərlərindən Očetova ljubezen (Novice, 1864), Dragotin (Slovenski glasnik, 1864), Beatin dnevnik (kitab, 1887), Rahela (Letopis Matice slovenske, 1870) kimiləri qeyd etmək olar. Onun digər nəşrlərı də yayımlanıb. Daha sonrakı bir dövrdə, Luiza Pesyak romantik və sevgi əsərlərinə üstünlük vermişdir. Luiza Pesyak 1 mart 1898-ci ildə Lyublyanada vəfat edir. Yazıçının sağlığında ikən portiteti sloveniyalı rəssam Mixail Stroy tərəfindən çəkilmişdir. Şəklin əksi daha sonra Yuqoslaviyanın poçt markasında nəşr edilmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
  • Kar ljubim (1864)
  • Vijolice (1885)
  • Očetova ljubezen (Novice, 1864)
  • Dragotin (SG, 1864)
  • Rahela (LMS, 1870)
  • Beatin dnevnik (1887)

Dramaturgiyası

[redaktə | mənbəni redaktə et]
  • Svitoslav zajček (1865)
  • Slovenija Vodniku (1866)
  • Na Koprivniku (1872)

Opera librettosu

[redaktə | mənbəni redaktə et]
  • Gorenjski slavček (1872)

Avtobioqrafiyası

[redaktə | mənbəni redaktə et]
  • Iz mojega detinstva (LZ,1886)
  1. 1 2 Luiza Pesjakova // (unspecified title).
  2. 1 2 3 4 Wurzbach D. C. v. Pesjak, Luise (alm.). // Biographisches Lexikon des Kaiserthums Oesterreich: enthaltend die Lebensskizzen der denkwürdigen Personen, welche seit 1750 in den österreichischen Kronländern geboren wurden oder darin gelebt und gewirkt haben Wien: 1856. Vol. 22. S. 49.
  3. Pesjakova, Luiza Arxivləşdirilib 2016-01-25 at the Wayback Machine (sloven.)
  4. Malo po nemško malo po slovensko — Luiza Pesjakova Arxivləşdirilib 2009-10-31 at the Wayback Machine (sloven.)