Lukinlərin binası

Lukinlərin binasıRostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitekur bina. Bina Taqanroq şəhəri Anton Qluşko küçəsi ev 15 ünvanında yerləşir.

Lukinlərin binası
rus. Дом Лукиных
Xəritə
47°12′47″ şm. e. 38°55′38″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Taqanroq
Tikilmə tarixi 1827
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi mənbələr onu göstərirki, Anton Qluşko ev 15 ünvanında yerləşən bina hələ 1827-ci ildən mövcuddur[1]. Bilinməyən səbəblərdən bina tamamən dağıdılmışdır. Onun yerində yeni bina isə 1910-cu illərdə inşa edilmişdir. Bu binanın ilk sahibləri Lukinlər ailəsi olmuşdur. Bina iki mərtəbədən ibarət idi. Statistik məlumatlara görə binanın qiyməti 28 min rulb olaraq göstərilirdi[2].

Vasili Pavloviç Lukin XIX əsrin sonları Dənizçilik məktəbi binasının sahibi olmuşdur. Üstəlik «Naviqasiya» kitabının müəllifi idi. Bu kitan dənizçilərin stolüstü kitabına çevrilmişdi. XX əsrin əvvəllərində isə Şəhər Dumanın üzvü və Don topaq bankının idarə heyətinin müavini olmuşdur[3]. İşləri ilə əlaqədar olaraq tez-tez Sankt-Peterburqda olurdu. 1919-cu ildə Kiyev şəhərində vəfat etmişdir. Onun həyat yoldaşı Sofya Andreevna Lukin 1908-ci ildə «Kaplya malaka» adlı uşaq mətbəxi cəmiyyətini qurmuşdu. 1914-cü ildə şəhərdə ilk dəfə olaraq uşaq bağçası açmışdır. Onun özü ilə uçilişdə dərs deyirdi. Onların ailəsində bir necə uşaq vardı. Onların qızları Vera Vasilevna 1892-ci ildə anadan olmuşdu. O, Ksintaris ilə evlənmişdi. Oğlanları Konstantin Vasileviç Lukin Sankt-Peterburqda elektrotexnika instutunda oxumuşdu. 1921—ci ildə isə Yevqeniya Nikolayevna Qrekova ilə evlənmişdir. Ailənin son beşiyi isə Boris Nikolayeviç Lukin olmuşdur.

Binanın üçünçü mərtəbəsinin inşası dəqiq nə zaman aparıldığı bilinmir. Bununla belə taqanroq qəzetlərinin birindı 1918-ci ilin noyabr ayında Freydelin emalatxanasınln satıldığı vurğulanır. Bu emalatxana isə binanım üçüncü mərtəbəsində yerləşirdi. Bina bu ailəyə 1925-ci ilə qədər məxsus olmuşdur. 1933-cü ildə binada Şəhər muzeyinin eksponatları yerləşdirilmişdi. 1992-ci ildən isə tarixi abidə kimi qorunur.

  1. Жилой дом[ölü keçid]
  2. Гаврюшкин О. П. Г12 «По старой Греческой…» (Хроника обывательской жизни) — Т.: ООО «Издательство „Лукоморье“», 2012. — 514 с. — ISBN — 5-901565-15-0
  3. "Энциклопедия Таганрога". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-13.