Luna proqramı

Luna 1
Luna proqramında (qırmızı), Apollon proqramında (yaşıl) və Serveyer proqramındə (sarı) Aya enilən ərazilər.
Luna 3 tərəfindən çəkilmiş Ayın Yerdən görünməyən üzünün ilk şəkli.[1]

Luna proqramı (rus. Луна) — 1959–1976-cı illəri əhatə edən SSRİ-nin Ay tədqiqat proqramına daxil olan kosmik proqram. Rusiya Luna proqramını Luna-Qlob proqramı olaraq davam etdirməyi planlaşdırır. Proqram ərzində 15 uğurlu eniş və orbitdə uçuş missiyası həyata keçirilmişdir. Luna proqramı Ay tədqiqatları ilə bağlı çoxlu ilklərə nail olmuşdur. Bu proqram çərçivəsində Ayın kimyəvi tərkibi, cazibə qüvvəsi, radiasiyası, istiliyi başda olmaqla çoxlu müşahidələr aparılmışdır.

SSRİ dövründə rəsmən Luna adını daşıyan 24 kosmik gəmi olmuşdur. Yerin orbitindən çıxa bilməyən uğursuz Luna layihələrinə rəsmi adlar verilməmişdir. Yerin orbitində sıradan çıxan bəzi Luna proqramına aid olan kosmik gəmilərə şərti Kosmos adı verilmişdir.[2] Luna proqramı üçün SSRİ təqribən 4,5 milyard dollar xərc çəkmişdir.

Luna 1 kosmik gəmisinin Ayla toqquşması nəzərdə tutulmuşdu. Buna baxmayaraq Ayın yaxınlığından keçən ilk kosmik gəmi oldu. Luna 2 kosmik gəmisi uğurla Ay səthinə çırpıldı və Ayla təmas edən ilk insan istehsalı kosmik gəmi oldu. Luna 3 kosmik gəmisi tərəfindən Ayın Yerdən görünməyən üzünün ilk dəfə şəkli çəkildi. Luna 9 kosmik gəmisi ilk dəfə Ayın səthinə işlək şəkildə enən kosmik gəmi oldu və Ayın yaxından çəkilişlərini həyata keçirdi. Luna 10 kosmik gəmisi Ayın orbitinə girməyi bacarmış ilk kosmik gəmi oldu. Luna 17Luna 21 kosmik gəmiləri Ayın səthinə Lunaxod 1Lunaxod 2 roverlərini buraxdı. Luna 16, Luna 20, Luna 24 kosmik gəmiləri tərəfindən ümumilikdə 0,326 kq Ay süxurlarının örnəyi toplanaraq, uğurla Yerə daşındı.

Digər önəmli missiyalar

[redaktə | mənbəni redaktə et]

Luna 15 missiyası həyata keçirilərkən, ABŞ tərəfindən Ayda Apollon 11 missiyası həyata keçirilirdi. Luna 15 Ay səthinə enərkən dağa çırpıldı. Bu vaxt Neyl ArmstronqEdvin Oldrin Ayın səthində idi.

Uğursuz missiyalar

[redaktə | mənbəni redaktə et]

Luna proqramı çərçivəsində həyata keçirilən və Yer orbitindən çıxa bilməyərək uğursuz nəticələr əldə edən kosmik gəmilər SSRİ tərəfindən elan olunmadı. Məsələn, uğursuz alınan ilk üç Luna missiyasına şərti kod adlar (Luna 1A, Luna 1V, Luna 1S) verilmişdi.[3] Uğursuz alınan uçuşlardan bəzilərinə şərti olaraq Kosmos adı verilmişdir.

Missiyaların siyahısı

[redaktə | mənbəni redaktə et]

SSRİ dövründə

[redaktə | mənbəni redaktə et]
Tanınan adı Kod adı Missiya Uçuş tarixi Daşıyıcı raket Nəticəsi Haqqında
yoxdur E-1 No.1 Toqquşma
23 sentyabr 1958
Luna
Uğursuz
Orbitdə sıradan çıxdı.
yoxdur E-1 No.2 Toqquşma
11 oktyabr 1958
Luna
Uğursuz
Orbitdə sıradan çıxdı.
yoxdur E-1 No.3 Toqquşma
4 dekabr 1958
Luna
Uğursuz
Orbitdə sıradan çıxdı.
Luna 1 E-1 No.4 Toqquşma
2 yanvar 1959
Luna
Qismən uğurlu
Ayın yaxınlığından uçaraq keçdi.
yoxdur E-1A No.1 Toqquşma
18 iyun 1959
Luna
Uğursuz
Orbitdə sıradan çıxdı.
Luna 2 E-1A No.2 Toqquşma
12 sentyabr 1959
Luna
Uğurlu
14 sentyabr 1959-cu ildə Ay səthinə çırpıldı və Ayla təmas etmiş insan istehsalı ilk kosmik cism oldu.
Luna 3 E-2A No.1 Yaxın uçuş
4 oktyabr 1959
Luna
Uğurlu
Ayın Yerdən görünməyən üzünün ilk şəklini çəkdi.
yoxdur E-3 No.1 Yaxın uçuş
15 aprel 1960
Luna
Uğursuz
Orbitdə sıradan çıxdı.
yoxdur E-3 No.2 Yaxın uçuş
16 aprel 1960
Luna
Uğursuz
Orbitdə sıradan çıxdı.
yoxdur E-6 No.2 Eniş
4 yanvar 1963
Molniya-L
Uğursuz
Orbitdən çıxa bilmədi.
yoxdur E-6 No.3 Eniş
3 fevral 1963
Molniya-L
Uğursuz
Orbitdə sıradan çıxdı.
Luna 4 E-6 No.4 Eniş
2 aprel 1963
Molniya-L
Kosmik gəmidə problem
Uğursuz istiqamət düzəlişi edərək Ayın yaxınlığından keçdi.
yoxdur E-6 No.6 Eniş
21 mart 1964
Molniya-M
Uğursuz
Orbitdə sıradan çıxdı.
yoxdur E-6 No.5 Eniş
20 aprel 1964
Molniya-M
Uğursuz
Orbitdə sıradan çıxdı.
Kosmos 60 E-6 No.9 Eniş
12 mart 1965
Molniya-L
Uğursuz
Orbitdən çıxa bilmədi. Beş gün sonra sıradan çıxdı.
yoxdur E-6 No.8 Eniş
10 aprel 1965
Molniya-L
Uğursuz
Orbitdə sıradan çıxdı.
Luna 5 E-6 No.10 Eniş
9 may 1965
Molniya-M
Kosmik gəmidə problem
Uğursuz eniş. Buludlar dənizinə çırpıldı.
Luna 6 E-6 No.7 Eniş
8 iyun 1965
Molniya-M
Kosmik gəmidə problem
Uğursuz istiqamət düzəlişi edərək Ayın yaxınlığından keçdi.
Luna 7 E-6 No.11 Eniş
4 oktyabr 1965
Molniya
Kosmik gəmidə problem
Uğursuz eniş nəzarəti. Qasırğalar okeanına çırpıldı.
Luna 8 E-6 No.12 Eniş
3 dekabr 1965
Molniya
Kosmik gəmidə problem
Uğursuz eniş nəzarəti. Qasırğalar okeanına çırpıldı.
Luna 9 E-6 No.13 Eniş
31 yanvar 1966
Molniya-M
Uğurlu
3 fevral 1966-cı ildə Qasırğalar okeanına uğurlu eniş.
Kosmos 111 E-6S No.204 Orbitdə uçuş
1 mart 1966
Molniya-M
Uğursuz
Orbitdən çıxa bilmədi. İki gün sonra sıradan çıxdı.
Luna 10 E-6S No.206 Orbitdə uçuş
31 mart 1966
Molniya-M
Uğursuz
Luna 11 E-6LF No.101 Orbitdə uçuş
24 avqust 1966
Molniya-M
Uğurlu
Luna 12 E-6LF No.102 Orbitdə uçuş
22 oktyabr 1966
Molniya-M
Uğurlu
Luna 13 E-6M No.205 Eniş
21 dekabr 1966
Molniya-M
Uğurlu
24 dekabr 1966-cı ildə Qasırğalar okeanına uğurlu eniş.
yoxdur E-6LS No.112 Orbitdə uçuş
7 fevral 1968
Molniya-M
Uğursuz
Orbitdə sıradan çıxdı.
Luna 14 E-6LS No.113 Orbitdə uçuş 7 aprel 1968 Molniya-M
Uğurlu
yoxdur E-8 No.201 Rover
19 fevral 1969
Proton-K/D
Uğursuz
İlk Lunaxod cəhdi. Orbitdə sıradan çıxdı. Lunaxod yox oldu.
yoxdur E-8–5 No.402 Örnəklə dönmək
14 iyun 1969
Proton-K/D
Uğursuz
Orbitdə sıradan çıxdı.
Luna 15 E-8–5 No.401 Örnəklə dönmək
13 iyun 1969
Proton-K/D
Kosmik gəmidə problem
Ayın orbitinə uğurla daxil olsa da, eniş uğursuz oldu. Bu missiya həyata keçərkən Apollon 11 Aya enmişdi.
Kosmos 300 E-8–5 No.403 Örnəklə dönmək
23 sentyabr 1969
Proton-K/D
Uğursuz
Orbitdən çıxa bilmədi. Dörd gün sonra sıradan çıxdı.
Kosmos 305 E-8–5 No.404 Örnəklə dönmək
22 oktyabr 1969
Proton-K/D
Uğursuz
Orbitdən çıxa bilmədi. İki gün sonra sıradan çıxdı.
yoxdur E-8–5 No.405 Örnəklə dönmək
6 fevral 1970
Proton-K/D
Uğursuz
Orbitdə sıradan çıxdı.
Luna 16 E-8–5 No.406 Örnəklə dönmək
12 sentyabr 1970
Proton-K/D
Uğurlu
20 sentyabr 1970-ci ildə Aya uğurlu eniş. 24 sentyabr 1970-ci ildə Yerə örnəklə uğurlu dönüş.
Luna 17 E-8 No.203 Rover
10 noyabr 1970
Proton-K/D
Uğurlu
17 noyabr 1970-ci ildə Yağışlar dənizinə uğurlu eniş. Lunaxod 1 uğurla Ay səthində gəzdi.
Luna 18 E-8–5 No.407 Örnəklə dönüş
2 sentyabr 1971
Proton-K/D
Kosmik gəmidə problem
Ayın orbitinə uğurla daxil olsa da, eniş uğursuz oldu.
Luna 19 E-8LS No.202 Orbitdə uçuş
28 sentyabr 1971
Proton-K/D
Uğurlu
Luna 20 E-8–5 No.408 Örnəklə dönüş
14 fevral 1972
Proton-K/D
Uğurlu
21 fevral 1972-ci ildə Aya uğurlu eniş. 25 fevral 1972-ci ildə Yerə örnəklə uğurlu dönüş.
Luna 21 E-8 No.204 Rover
8 yanvar 1973
Proton-K/D
Uğurlu
15 yanvar 1973-cü ildə Aya uğurlu eniş. Lunaxod 2 uğurla Ay səthində gəzdi.
Luna 22 E-8LS No.206 Orbitdə uçuş
29 may 1974
Proton-K/D
Uğurlu
Luna 23 E-8–5M No.410 Örnəklə dönüş
28 oktyabr 1974
Proton-K/D
Kosmik gəmidə problem
Böhranlar dənizinə səhv eniş.
yoxdur E-8–5M No.412 Örnəklə dönüş
16 oktyabr 1975
Proton-K/D
Uğursuz
Orbitdən çıxa bilmədi.
Luna 24 E-8–5M No.413 Örnəklə dönüş
9 avqust 1976
Proton-K/D
Uğurlu
18 avqust 1976-ci ildə Böhranlar dənizinə uğurlu eniş. 22 avqust 1976-ci ildə Yer örnəklə uğurlu dönüş.
yoxdur 8ЕL No. 205 Örnəklə dönüş
1977
Proton-K/D
Təxirə salındı

Rusiya dövründə

[redaktə | mənbəni redaktə et]
Tanınan adı Kod adı Missiya Uçuş tarixi Daşıyıcı raket Nəticəsi Haqqında
Luna 25 Eniş
2019
Planlaşdırılır
Universal eniş platformasının sınağı.
Luna 26 Orbitdə uçuş
2021
Planlaşdırılır
Ay səthinin xəritələrinin hazırlanması və səthdəki stansiyalarla əlaqə.
Luna 27 Eniş
2023
Planlaşdırılır
Buz olan yerlərdə buruq qazılması. Yeni Lunaxod missiyası.
Luna 28 Örnəklə dönüş.
2025
Planlaşdırılır
Əsasən buz olmaqla örnəklər toplamaq və Yerə örnəklə dönüş.
  1. "Earth's Moon – Luna 3, First image of the far side of the Moon". NSSDC (NSSDC Data Set ID (Photo): 59-008A-01A). 24 March 2003. 10 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2015.
  2. Planetary Spacecraft — Moon Missions Arxivləşdirilib 2010-04-14 at the Wayback Machine (RussianSpaceWeb.com)
  3. Williams, David R. "Tentative IDs" Arxivləşdirilib 2020-05-17 at the Wayback Machine. NASA NSSDC.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]