Lunenberq — Kanadada yerləşən tarixi liman şəhəri. Dünya irsi siyahısındadır.
Şəhər | |
Lunenberq | |
---|---|
44°22′39″ şm. e. 64°18′54″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1753 |
Sahəsi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 902 |
Digər | |
explorelunenburg.ca | |
Vikianbarda əlaqəli mediafayllar |
1753-cü ildə qurulmuş olan Lunenberq şəhəri Şimali Amerikadakı planlı İngilis koloniya yerləşməsinin günümüzə qalan ən gözəl nümunəsidir. Sistemli, planlı və taxta evləri ilə nümunə bir şəhər olaraq inkişaf etmişdir. Şəhər daha sonra əhəmiyyətli bir liman və gəmi inşaat mərkəzi halına çevrilmişdir. İngilislərin ilk olaraq Protestant məskunlaşmasını təmin etmək üçün qurduqları şəhərə Katolik Uabanaki Konfederasiyası məskunlaşmanın ilk illərində doqquz dəfə basqın etmişdir. Lunenberq Böyük Britaniya və İrlandiya kralı Corc Avqustun xatirəsinə adlandırılmışdır . Corc Avqust eyni zamanda Branşvik-Lunenberqin da başçısı idi. Fransız-hindu müharibəsində şəhəri əhatə edən bir neçə kiçik qala İngilis idarəçilər tərəfindən və eyni zamanda Massaçusetsdən gələn əyalət birlikləri tərəfindən qarnizon olaraq istifadə edilmişdir. Bu qalalar şəhəri fransız gəmilərinin və yerli Hindu xalqının hücumlarından qorumaq üçün tikilmişdi.[1]