Lusenoq Popovun villası — Rostov-na-Donu şəhərində, Karl Marks meydanı ev 8 ünvanında yerləşən bina. Bina 1890–1891-ci illərdə inşa edilmişdir. Bina iri torpaq sahibi və maldar Luseqen Popova mənsub olmuşdur. 1928-ci ildən Popovun villasında doğum evi yerləşir. 2012-ci ildə bina rekonstruksiya edilmək üçün bağlanmışdır[1]. Popovun villası regional əhəmiyyətli mədəni irs obyekti elan edilmişdir[2].
Lusenoq Popovun villası | |
---|---|
rus. Особняк Л Попова | |
47°13′46″ şm. e. 39°45′43″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Tikilmə tarixi | 1891 |
Memar | Leonid Feodoroviç Eberq |
Memarlıq quruluşu | Neoklassizm |
İki mərtəbəli villa 1890–1891-ci illərdə Naxçıvan-na-Donu (hazırda Proletarski rayonu adlanan ərazi) mərkəzi meydanında yerləşirdi. Bina iri torpaq sahibi və maldar Luseqen Popova mənsub olmuşdur. Bina layihəsinin müəllifi isə Nikolay Nikitiç Durbax olmuşdur. Binanın birinci məryəbəsində kontorlar və dükanlar yerləşirdi. Apartamentlər ninanın ikinci mərtəbəsində yerləşir.
1907 və 1916-cı ildə bina Manuk Mixayloviç Popova mənsub olmuşdur. O, binanın ilk sahibinin vərəsəsi olmuşdur. Manuk Mixayloviç ticarət və kommersiya ilə məşğul olurdu. Üstəlik o şəhərdə xeyriyəçi kimi tanınırdı.
1920-ci ildə binada hərbi-inqilabi komitə yerləşirdi. 1928-ci ildə isə binada doğum evi açılmışdır. Böyük Vətən müharibəsi zamanı binada üç qadın həkim qalmışdı. Zirzəmidə xüsusi zalda həkimlər doğuşları qəbul edirdilər. Müharibədən sonra binada təmir işi aparılmış və yenidən açılmışdır. 2012-ci ildə doğum evi təmirə bağlanmışdır.
Lusenoq Popovun villası eklektika stilində inşa edilmişdir. Üstəlik burada borokko və klassizm elementləri belə vardır. Fasadı dekorlarla bəzədilmişdir. Böyür pəncərələrin kənarları yarım sirkul kormasına malikdir. Üstəlik qəsr daşları firmasında bəzədilmişdir. Parad girişinin önünda talvar mövcud idi. Ancaq 1930-cu illərdə sökülmüşdür.
Bina dəhliz sisteminə malikdir. Dəhlizin hər iki hissəsində otaqlar vardır. Daxili dizayneri bu günümüzə qədər qalmışdır. Mərkəzi hissədən ikinci mərtəbəyə mərmərdən olan pilləkən qalxır