Lusi Domisi Paris

Paris (v. 67) — Domisiya Lepidanın köləsi, sonradan azad insan, aktyor.

Lusi Domisi Paris
Vəfat tarixi 67
Vətəndaşlığı
Fəaliyyəti aktyor, teatr aktyoru

Həyatı[redaktə | mənbəni redaktə et]

Paris öz azadlığını satın ala biləcək qədər varlanmışdır. O, azadlığını əldə etdikdən sonra Lusi Domisi Paris (lat. Lucius Domitius Paris) adını almışdır. Bunun müqabilində Domisiya Lepida azad edilmiş kölələrdən biri olan Atimet vasitəsilə nüfuzlu və məşhur anası Aqrippinanın onu vəzifədən salmaq üçün plan hazırladığına dair uydurmalarına Neronu inandırmaqda istifadə etmək üçün ona təsir etmişdir.[1]

Bununla belə, Paris teatrsevər Neronun rəğbətini o qədər yüksək tutmuşdu ki, hətta plan uğursuzluğa düçar olanda belə, sui-qəsdçilər arasında yalnız o cəzalandırılmamışdı və hətta az sonra imperator tərəfindən "azad doğulmuş" elan edilmişdir. Beləliklə, Domisiya onu azad etmək üçün aldığı məbləği geri ödəməli olmuşdur.[2] Buna baxmayaraq, Neron sonradan Parisi özünə rəqib aktyor kimi görməyə başlamışdır. E.ə. 67-ci ildə Parisin ona pantomima sənətini öyrətməkdən imtina etməsindən narazı qaldığından onu edam etdirmişdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]