Lyatoşinski adına Xarkov Musiqi Məktəbi

Boris Lyatoşinski adına Xarkov Musiqi Məktəbi (ukr. Харківське музичне училище імені Бориса Лятошинського) — Ukraynanın Xarkov şəhərində yerləşən ali təhsil müəssisəsi (I–II səviyyəli akkreditasiya).

Boris Lyatoşinski adına Xarkov Musiqi Məktəbi
Əsası qoyulub 8 sentyabr 1883
Ölkə

8 sentyabr 1883-cü ildə İmperator Rus Musiqili Cəmiyyətinin Xarkov şöbəsinin əsasında açılmışdır Təsisçi və ilk direktoru İlya Slatin olmuşdur.

16 yanvar 1909-cu ildə "Yujni kray" qəzetində məktəbdə 445 şagirdin təhsil aldığı yazılmışdır.[1]

XX əsrdə (inqilabdan sonra) təhsil ocağın adı və statusu bir neçə dəfə dəyişdirilmişdir: Musiqi Akademiyasının əsas şöbəsi (1921-ci ilə qədər), Musiqi Texnikomu (1921–1923), Musiqi İnstitutu (1923–1924), yenidən Musiqi Texnikomu (1925–1928), Muzprofshkola (1928–1930), Musiqi və Teatr Texnikomu (1930–1934), institut hüququ olan Musiqi və Dram Kolleci (1934–1935) və 1936-cı ildən yenidən Musiqi Məktəbi.

1968-ci ilin sentyabr ayında məktəbə Ukrayna bəstəkarı Boris Lyatoşinskinin adı verildi.

Məktəbin direktorları

[redaktə | mənbəni redaktə et]
  • 1883–1921: İlya Slatin
  • 1921–1922: Lüdviq Fannenştil
  • 1922–1923: Semyon Boqatıryov
  • 1925–1928: Aleksandr Altşuller
  • 1949–1955: Tamara Veske
  • 1955–1966: Qriqori Ostapenko
  • 1966–1972: Anna Semenenko
  • 1972–1974: Lidiya Potyomkina
  • 1975–1977: Boris Mixeyev
  • 1978–1984: Yuri Şerbinin
  • 1984–1997: Marqarita Malomuj
  • 1997 — hh: Yelena Yefremenko

Məşhur pedaqoqları

[redaktə | mənbəni redaktə et]
  1. "Харьков и губерния на страницах газеты «Южный край» (1880–1919). Ч. 9: 1909–1910. — С. 8". 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-16.
  • Харківському музичному училищу ім. Б. М. Лятошинського — 120 років / За ред. О. Єфременко. — Харків: Оригінал, 2003. — 48 с.
  • Кравець В. Ф. Сторінки з історії Харківського музичного училища ім. Б. М. Лятошинського // З музично-педагогічного досвіду: Збірка статей. Вип. 1. / Упорядники Г. Г. Газдюк, Г. І. Ганзбург, загальна редакція А. С. Зареченської. – Харків: Сага, 2008. – С. 5–18. ISBN 978-966-2918-52-6
  • Костенко О. О., Назаренко А. П. Історія відділу народних інструментів Харківського музичного училища ім. Б. М. Лятошинського // З музично-педагогічного та дослідницького досвіду: Збірка статей. Вип 2. / Упорядник Г. І. Ганзбург, загальна редікція А. С. Зареченської – Харків: Сага, 2008. – С. 191–298. ISBN 978-966-2918-71-7
  • Біографічний довідник [Харківського музичного училища] / Упорядн. А. С. Зареченська та ін. — Харків: Факт, 2013. — 80 с. ISBN 978-966-637-744-2
  • Харківське музичне училище ім. Б. М. Лятошинського. Теоретичному відділу 80 років. — Харків, 2019. — 20 с.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]