Lyaxmaerin binası (Rostov-na-Donu)

Lyaxmaerin gəlirli binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina regional əhəmiyyətli tarixi və mədəni irs siyahısına daxil edilmişdir[1]. Bina Voroşilov prospekti, Ulyanovskaya 60/1 ünvanında yerləşir[2]. Rostov vilayəti administrasiyasının 1998-ci il 20 dekabr 488 saylı "Rostov vilayətinin tarixi və mədəni obyektlərinin qoruma altına alınması haqqında qanuna əsasən bina dövlət tərəfindən qorunur[3].

Lyaxmaerin binası
rus. Доходный дом Ляхмаер
Xəritə
47°13′00″ şm. e. 39°43′14″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Yerləşir Voroşilov prospekti (Rostov-na-Donu)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bina Rostov-na-Donu şəhərinin tarixi mərkəzində yerləşir. Binanın artıq XIX əsrin sonlarında mövcud volması faktdır. 1899-cu ilin yanvarında Yekaterina Petrovna Lyaxmaer binanın sahibi olmuşdur. Bu onun şəhərfə çox saylı mülklərindən biri idi. Binanın ümumi sahəsi 940 m² təşkil edir. Mövcud olan sahədə Yekaterina Petrovna Lyaxmaer dörd mərtəbəli bina inşa edilmişdir. Bu bina Bolşoy xiyabanı, Kankrikskaya xiyabanı, ev 70/9 ünvanı verilnişdir. 1900-cü ilin iyul ayında şəhər sanitar-epidemioloji xidməti Lyaxmer binasının təhlükəsizlik məqsədi bağlanmasına qərar vermişdir. Üstəlik arendatorlara məzilləri tərk etməyi və digər ərazidə kirayə mənzil icarələməyi tələb etmişdir. Bununla belə kirakeşlər bu tələbə əməl etməyərək mənzilləri tərk etməmişdir. Epidemoloji stansiya əməkdaşları binada təmizlik işləri aparılmışdışdır. Bina sahibəsi cərimə olaraq 15 rubl cərimə və təmizlik işləri üçün isə 40 rubl ödəməli olmuşdur. İl ərzində binadan əldə onunan gəlir 1030 rubl təşkil edirdi. 1907-ci ildə binanın daxili əmlakında siyahıya alınma aparılmışdır. Bu işdə Yekaterina Petrovna Lyaxmaerə onun vəkili Çernikov yardım göstərmişdir. Bina elə həmin il bina 30 min rubla Anna Yaşekovnaya satılmışdır. Anna Yaşekovnaya binanı elə həmin vəkilə və tacir Tokarevə əmanət olaraq vermişdir. Bunda məlumdur ki, 1910-cu ildı vəkil Çernikov binanın sahibinə çevrilmişdir[4].

Bina kərpiçdən inşa efilmişdir. Pasadında mərtələlər arasında zolaq şəkikli xətt gedir. Yuxarı mərtəbələrin fasad pəncərələri yarımdairəvidir.

  1. "Монументальное искусство и памятники истории и архитектуры на региональном уровне". 2017-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-31.
  2. "Памятники Дона. Сайт защитников культурно-исторического наследия Ростовской области". 2017-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-31.
  3. "Постановление об утверджении границ территории объекта культурного наследия регионального значения «Доходный дом Е. П. Ляхмаер»" (PDF). 2017-02-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-03-31.
  4. "Имение, где чистоту наводили городские власти". 2017-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-31.