Lyoşa Rav

Lyoşa Rav, əsl adı Aleksey Vladimiroviç Roqojin (doğum tarixi: 7 mart 1909-ci il, Rusiya imperiyası, Simbirsakaya quberniyası, Buinski qəzası, Balaş-Nurusov k. — ölüm tarixi: 24 mart 1944, SSRİ, Ukrayna SSR, Droqobiç ş.) — çuvaş əsilli Sovet yazşçısı, SSRİ yarıçılar İttifaqının üzvü.

Lyoşa Rav
rus. Лёша Рав
Doğum tarixi
Doğum yeri Rusiya imperiyası, Simbirsakaya quberniyası, Buinski qəzası, Balaş-Nurusov k.
Vəfat tarixi 23.35.1944
Vəfat yeri SSRİ SSRİ
Təhsili
Fəaliyyəti şair, tərcüməçi, müəllim
Fəaliyyət illəri 1930-cu ildən

7 mart 1909-cu ildə Rusiya imperiyası, Simbirskaya quberniyası, Buinski qəzası, Balabaş-Nurusov kəndində (hazırkı, Çuvaş Respublikası, Batırevski rayonu) anadan olmuşdur. Atası Balabaş-Nurusov kəndindən olan bir meşəbəyi olmuşdur. Anası Dunya Qordiyeva isə Malıe Karmalı kəndinin sakini olmuşdur (Balabaş-Nurusov kəndindən 5 km aralıda yerləşir). Lyoşa Rav uşaqlığını Malıe Karmalı və Balabaş-Nurusov kəndləri arasında yerləşən meşədə keçirmişdir. Malıe Karmalı yeddi illik kənd məktəbində təhsil almışdır. Artıq 16 yaşından etibarən təbiət haqqında şerlər yazmağa balamışdır. Şerlərini ad və soyadının baş həriflərindən ibarət olan təxəllüslə yazmışdır. 1936-cı ildə N. P. Oqaryov adına Mordoviya Dövlət Universitetini bitirmişdir. Çamzinka kənd məktəbində və Saransk Pedoqoji uçilişində mordoviya və rus dillərindən dərs demişdir. Aleksey rus mordva və çuvaş dillərini bilmiş, çuvaş şairlərinin şerlərini mordva dilinə tərcümə etmişdir. Tərcüməçi olaraq o, 1940-cı ildə K. V. İvanovun «Narspi"» poemasını tərcümə etmişdir. Onun ilk yazdığı şerlər «Yakstere teşte» qəzetində («Qırmızı ulduz»), 1930-cu ildən «Syatko» jurnalında, «Erzyan Kommuna» («Erzyan kommunası») və «Leninen kiyava» («Lenin yolu ilə») qəzetlərində, həmçinin roplum kolleksiyalarda dərc edilmişdir. Mordoviyanın təbiətini və kəndin həyatını əks etdirən şerləri «İente joynit» (İllər çalır, 1933)[1] şerlər toplusu kitabında dərc olunuşdur.

1930-cu illərdə o poema janrına üz tutmuş, epik janrda «Qale» (1935) və «Lituva» (1938) poemalarını yazmışdır. Bu poemalarda Mordva kəndlilərinin həyatı əks olunmuşdur. Birinci poemada 1905-07-ci illər Birinci Rus İnqilabının dövrü əks olunur. Burada inqilabi hadisələrin Mordoviyalıların həyatına təsiri göstərilir. İkinci əsərində oktyabr inqilabının sosial ədalətsizliyə və patriarxal prinsiplərə qarşı mübarizə aparan təsiri göstərilir. O həmcinin rus dilində inqilabı əks etdirən «Poslednı» (1934) poemasını yazır.

1941-ci ildə Roqojin Çamzin orta məktəbinə göndərilmişdir. O, məktəbdə rus və ədəbiyyatından dərs demiş və 1943-cü ilə qədər müdir köməkçisi işlımişdir. SSRİ Yazıçılar Birliyinə üzv qəbul edilmişdir. 1943-cü ilin yazında Qırmızı orduya çağırılmışdır. 24 mart 1944-cü ildə Droqobıçda gedən döyüşlərdə həlak olmuş və qardaş məzarlılğında dəfn edilmişdir. Malıe Karmali kəndində olan kitabxana və muzey Aleksey Vladimiroviç Roqojinin[2] adını daşıyır.

  • Маскаев А., Кавто поэмат, «Сятко», 1940, № 10. На эрзя яз.
  • Коломасов В., Рогожинэнь «Литува» поэмадонзо, «Сятко», 1940, № 4. На эрзя яз.
  • Горбунов В. В., Мордовской советской литературась, Саранск, 1952. На эрзя яз.
  • История морд. сов. лит-ры, т. 1, Саранск, 1968. На русс. яз.
  • Писатели Сов. Мордовии. Библиографич. справочник, Саранск, 1958.. На русс. яз.