MÜSİAD

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (türk. Müstakil Sanayici ve İşadamları Derneği) və ya qısaca MÜSİAD — 5 may 1990-cı ildə bir qrup türk iş adamı tərəfindən qurulan qeyri-hökumət təşkilatıdır. Dərnəyin məqsədi Türkiyəni yerli və ümumbəşəri dəyərləri qoruyan, öz bölgəsində fəal olan, dünyada hörməti olan firavan bir ölkəyə çevirmək; Türkiyənin və dünyanın sosial, mədəni, iqtisadi və texnoloji sahələrdə inkişafını təmin etmək.

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi
MÜSİAD
Müstakil Sanayici ve İşadamları Derneği
Loqonun şəkli
Növü Qeyri-hökumət təşkilatı
Fəaliyyəti Qeyri-kommersiya
Yaranma tarixi 5 may 1990
Rəsmi dili Türkcə
Mərkəzi İstanbul, Türkiyə
Yarandığı yer Türkiyə
Fəaliyyət göstərdiyi yer Müxtəlif
Sədr Mahmud Asmalı
musiad.org.tr

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD); Haqq, hüquq, ədalət, bərabərlik, tarixi və mənəvi dəyərlər həssaslığına sahiq olan iş adamlarının, 9 May 1990-cı ildə İstanbulda qurduqları bir "İşadamları Dərnəyi" dir[1]. Fərdlərin və qurumların, ölkəmizin və cəmiyyətimizin, bölgəmizin və dünyanın sosial və mədəni, siyasi və iqtisadi, elmi və texnoloji inkişafına töhfə vermək üçün yaradılan "İnkişaf - Əməkdaşlıq - Güc Birliyi Platforması"dır.

1990-cı ildən bu yana dünyada 14.000 üzvü ilə, təxminən 2 milyon şəxsə iş imkanı verən, Türkiyədə 84, Ölkə xaricində 95 fəqli ölkədə, ümumilikdə 179 məntəqə ilə xidmət edən, üzvlərin problemlərini, fikir və görüşlərini dövlət qurum və quruluşlarına yerində ötürən, iş dünyasında olduğu qədər cəmiyyətin digər təbəqələri üçün də nümunəvi bir təlim, rəhbərlik, məsləhət mərkəzi halına gələn, təcrübələrini və fəaliyyətlərini peşəkar düşüncə əsaslarına qoyan, intellektual təcrübələrini bölüşən, "ictimai fayda dərnəyi" statusuna sahib olan güclü "Qeyri-Hökumət Təşkilatı"dır.

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi
MÜSİAD
Loqonun şəkli
Növü QHT
Fəaliyyəti QK
Yaranma tarixi 1 yanvar 2018
Mərkəzi Abbasqulu ağa Bakıxanov küçəsi, 48C, Nəsimi rayonu, Bakı, Azərbaycan
Yarandığı yer Bakı
Fəaliyyət göstərdiyi yer Azərbaycan
Qurucusu Əbdürrəhman Uzun[2][3]
Sədr Rəşad Cabirli[4]
Üzvləri 85
musiad.az

MÜSİAD Azərbaycan (türk. MÜSİAD Azerbaycan) 01.01.2018 tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda müxtəlif sahələrdən olan 85 üzvü ilə 7335 nəfər işçiyə iş imkanı verməkdədir. 12 nəfərlik İdarə heyəti və 10 komissiya ilə fəaliyyətini davam etdirir. 85 üzvdən 30-u Türkiyə vətəndaşı, 55-i Azərbaycan vətəndaşıdır.[5]

26 Sentyabr 2022-ci ildə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan və "Networking Azerbaijan" biznes klubu arasında memorandum imzalanıb.[6]

  • Yaşıl və Rəqəmsal Transformasiya Komissiyası
  • Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyası
  • Təhsil və Mədəniyyət Komissiyası
  • Qurumlarla Əlaqələr Komissiyası
  • Kənd Təsərrüfatı və Turiz Komissiyası
  • İstehsal ve Ticarət Komissiyası
  • İnşaat və Tikinti Materialları Komissiyası
  • Maliyyə və Planlama Komissiyası
  • Karz-ı Hasen Fondu
  • MÜSİAD Ticarət Ofisi-MTO

İdarə Heyəti

[redaktə | mənbəni redaktə et]
  • İdarə Heyətinin Sədri: RƏŞAD CABİRLİ
  • Sədrin 1-ci müavini, Qurumlarla Əlaqələr Komissiyasının Sədri: HÜSEYİN YAPAR
  • Karz-ı Hasen Fondunun Sədri: OSMAN YAQUBOV
  • Yaşıl və Rəqəmsal Transformasiya Komissiyasının Sədri: ALİM ŞENTÜRK
  • İstehsal və Ticarət Komissiyasının Sədri: EMİN ƏZİZLİ
  • Təhsil və Mədəniyyət Komissiyasının Sədri: ELVİN ƏLİYEV
  • Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyasının Sədri: FATİH UZUN
  • Kənd Təsərrüfatı və Turizm Komissiyasının Sədri: ZEKİ GÜL
  • İnşaat və Tikinti Materialları Komissiyasının Sədri: ASLAN ABDULLAYEV
  • Maliyyə və Planlama Komissiyasının Sədri: AZƏR GÖYÜŞOV
  • MÜSİAD Ticarət Ofisi-MTO nümayəndəsi: REMZİ MİŞELİ
  • Gənc MÜSİAD Sədri: AKİF BAŞOĞLU

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "MÜSİAD'la Tanışın". 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-03.
  2. "Əvvəlki Sədrlər / Abdurrahman Uzun". 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-13.
  3. "MÜSİAD Azerbaycan, MÜSİAD üyelerini aileleriyle Azerbaycan'a davet edecek". 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-13.
  4. "MÜSİAD Azerbaycan üyeleri 4 bin kişiye istihdam sağlıyor". 2022-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-13.
  5. "Haqqımızda/Tarixçə". 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-03.
  6. "MÜSİAD Azərbaycan və "Networking Azerbaijan" biznes klubu arasında memorandum imzalanıb - FOTO". 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]