Möhtəkir

Möhtəkirlik — əhaliyə lazım olan məhsulların ucuz qiymətə alınıb saxlandıqdan sonra baha qiymətə satılması, eləcə də ərzaq məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq.

İslamda möhtəkirlik

[redaktə | mənbəni redaktə et]

İslam peyğəmbərindən nəql olunan hədislərdən aydın olur ki, möhtəkirliyi yalnız xəyanətkarlar və günahkarlar edə bilərlər: "Xəyanətkarlardan başqa heç kəs möhtəkirlik etməz."[1]"Günahkardan başqa kimsə möhtəkirliyə əl atmaz."[2]

Nəhcül-bəlağədə Əli ibn Əbu Talib Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında Möhtəkirliyin qarşısının alınmasının zəruriliyi haqda qeyd olunur: "Bütün bunlarla yanaşı bil ki, onların çoxu – tacirlər və sənətkarlar – alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyb və rüsvayçılıqdır. Buna görə, möhtəkirliyin qarşısını al, çünki Allahın Rəsulu (s) onu qadağan etmişdir."[3]

Əli ibn Əbu Talib həmçinin qeyd edir ki, "Xalqa ziyan gətirən və qiymətləri qaldıran hər hansı möhtəkirlikdə xeyir-bərəkət yoxdur."[4], "xəsis möhtəkir eləsi üçün (varisə) yığır ki, ona təşəkkür etməyəcək və eləsinə (axirətdə Allaha tərəf) doğru gedir ki, onun üzrünü qəbul etməyəcək."[5]

  1. Kənzul-Ummal, hədis 9738
  2. Kənzul-Ummal, hədis 9723
  3. Nəhcül-Baləğə, məktub 53
  4. Müstədrəkul-Vəsail, c.103, səh.274, hədis 15337
  5. Ğurərul-Hikəm, hədis 1842