Mövsüm İbrahimov

Mövsüm İbrahimov1919-1920-ci illərdə AXC parlamenti mühafizə dəstəsinin podpraporşiki, Hərbi Dəniz Xalq Komissarlığında təsərrüfat komandasının rəisi.[1]

Mövsüm İbrahimov
Şəxsi məlumatlar
Vəfat tarixi
Hərbi fəaliyyəti
Rütbəsi podpraporşik

Mövsüm İbrahimov 1920-ci ildə yaradılan Gizli Müsavat təşkilatının üzvlərindən idi. O, 1923-cü ildə Gizli Müsavat-ın Bakı komitəsi nəzdində yaradılan hərbi təşkilatın rəhbərlərindən biri olmuşdur. Dadaş Həsənovun təklifi ilə Gizli Müsavat təşkilatı üzvlərinə müsavatçı olduqlarını gizlədərək AK(b)P-nin sıralarına (onu içəridən dağıtmaq üçün) daxil olmaq tövsiyə edilirdi. Bu məqsədlə Mövsüm İbrahimov 1925-ci ildə AK(b)P-yə daxil olmuşdur. Gizli təşkilatın dağdılması əməliyyatı zaman 1927ci- il 27 fevral tarixli qərarla güllələnməyə məhkum edilmişdir. 6 aprel 1927-ci ildə güllələnmişdir.[2]

  1. Yaqublu, Nəsiman. Müsavat partiyasının tarixi. Bakı: Adiloğlu. 2012.
  2. Əlizadə, Aydın. "Gizli "Müsavat" Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizədə (1920-1926)". STRATEJİ TƏHLİL. 1–2 (23–24): 376–395.