Müşerref Akay (1952, İstanbul) — tanınmış türk müğənni və aktrisası.
Müşerref Akay | |
---|---|
türk. Müşerref Akay | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktrisa |
Fəaliyyət illəri | 1975-ci ildən |
Janr | klassik türk musiqisi |
Musiqi aləti | səs |
14 yaşında "Hürriyyət" qəzetinin açdığı və Selami Şahinin qatıldığı səs yarışmasına qatılan sənətçi 1952-ci ildə İstanbulda dünyaya gəlib, Balıkəsirlidir. Anası Nebahat Akaydır. Kino karyerasına kiçik yaşlarından başlayan Akay 1971-ci ildə Yılmaz Güneyin "Baba" filmində rol alıb. Daha sonra 1983-cü ildə keçmiş həyat yoldaşı Mahmut Tezcanın prodüseri olduğu "Türkiyəm" filmində baş rolu canlandırıb. Həmin illərdə bəstəsi və sözləri özünün "Türkiyem" mahnısı ilə məşhurlaşdı. 1984-cü ildə Müşerref Akay Yılmaz Güneyin baş rolda oynadığı "Ona Çirkin Kral Derlerdi" filmində də rol aldı. Özünü dərin millətçi kimi tanıdan sənətçinin məşhurlaşdığı "Türkiyəm" mahnısına TRT tərəfindən klip çəkilib və çəkilən klip ilk yerli klip olub. Klip Türkiyə televiziyasında yayımlanır. Hətta klip bir müddət xəbər kəsilərək yayımlanıb. O, dövrün prezidenti Kənan Evrenin xüsusi icazəsi ilə klipində türk bayrağından olan paltar geyinə bilən yeganə müğənni oldu. Sənətçi ta Sovet dönəmindən bəri Azərbaycanı tez-tez ziyarət edir və burada konsertlərlə çıxış edir. Repertuarında azəri musiqi əsərlərinə də geniş yer verən sənətçi onları böyük məharətlə ifa edir.