Müşfiq Mustafayev (tam adı: Müşfiq Məmməd oğlu Mustafayev 18 yanvar 1966, Culfa, Azərbaycan SSR, SSRİ — 02 iyun 1993, Naxçıvan, Azərbaycan)
Müşfiq Mustafayev | |
---|---|
Müşfiq Məmməd oğlu Mustafayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Culfa, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Naxçıvan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Culfa şəhəri |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Məmməd Mustafayev |
Anası | Sabirə Mustafayeva |
Hərbi fəaliyyəti | |
Rütbə | Leytenant |
Müşfiq Mustafayev 18 yanvar 1966-cı ildə, Culfa şəhərində doğulmuşdur. O, ailənin beşinci övladı idi. 1973-cü ildə Culfa şəhər 38 №-li dəmiryol məktəbində təhsil almağa başlamışdır. 1983-cü ildə həmin məktəbdən məzun olmuşdur. 1983-cü ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (AzNKİ) (İndiki ADNSU) qiyabi təhsil şöbəsinə daxil olur. 1983-cü ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini Gürcüstanın Tbilisi şəhərində keçmişdir 1985-ci ildə tankist ixtisası ilə həqiqi hərbi xidmətini başa vurmuşdur.
Hərbi xidmətini başa vurduqdan sonra qiyabi təhsil şöbəsindən sənədlərini geri alaraq yenidən imtahan verərək əyani təhsil şöbəsinə daxil olur. Universitet qəzetinə verdiyi müsahibədə Geologiya sahəsinə olan marağını bu sözlərlə ifadə etmişdi "Bilirsiniz ki, Naxçıvan MSSR-in yaxşı geoloji mənzərəsi var. Elə bu gözəl təbiətin sirlərini öyrənmək həvəsi məni bu fakültəyə gətirib çıxarır" Universitetdə oxuduğu son ildə imtahanları bitdikdən sonra yay tətili müddətində evə qayıtmaq yerinə xəbər etmədən könüllü şəkildə Qarabağa döyüşə yollanır. Universiteti əla qiymətlərlə, fərqlənmə diplomu ilə bitirir.
Ali təhsil aldıqdan sonra Naxçıvan Sərhəd Dəstəsində işə başlayır. Hərbi rütbəsi leytenant idi. Öz işinə sədaqəti, bacarığı və digər yüksək keyfiyyətləri nəzərə alınıb Naxcıvan Hava Limanına kommendant təyin etmişdilər. Hava Limanında çox işlər gördü lakin qanunsuzluqlara yol vermədi. Onun öz vəzifəsinə məsuliyyətli yanaşması, qanun pozuntularına yol verməməsi ayrı-ayrı qüvvələrin heç də xoşuna gəlmirdi və onun hərbi kommendant vəzifəsində işləməsi bəzilərini ciddi narahat edirdi.
Müşfiq Məmməd oğlu Mustafayev 1993-cü ilin iyun ayının 2-də-Məlum Gəncə hadisələrinə 2 gün qalmış vəzifə başında şəhid olur. Namərd bir güllə 27 yaşlı ağıllı, vətənpərvər bir gəncin həyatına son qoyur.