Müşfiq Nəsirov

Şəhid Nəsirov Müşfiq (4 sentyabr 2002, Quba Azərbaycan -21 dekabr 2021 Qubadlı rayonu, Azərbaycan ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Şəhid.

Müşfiq Əjdər oğlu Nəsirov
Müşfiq Nəsirov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Quba Suxtakələ
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Qubadlı Hal
Dəfn yeri Quba Suxtakələ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Əjdər Nəsirov
Anası Çiçək Nəsirova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Hərbi hissə N
Xidmət illəri 2020
Rütbə Əsgər
Döyüşlər Vətən müharibəsi

Həyatı və Təhsili[redaktə | mənbəni redaktə et]

Müşfiq Nəsirov 4 sentyabr 2002-ci ildə Quba rayonunun Suxtakələ kəndində müəllim ailəsində anadan olmuşdur.

2008-ci ildə Quba rayon Suxtakələ kənd ümumi orta məktəbinin birinci sinifinə daxil olan Müşfiq 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirir. Bundan sonra təhsilini Quba rayon Aşağı Tüləkəran kənd tam orta məktəbində davam etdirir.

Müşfiq Nəsirov 2019-cu ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisasına qəbul olur. 1 il burada təhsil aldıqdan sonra Müşfiq Nəsirov hərbi xidmətə yollanır.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Müşfiq kollecdəki təhsilini yarımçıq qoyaraq 1 oktyabr 2020-ci ildə müharibə şəraitində hərbi xidmətə gedir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Müşfiq Nəsirov Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının N saylı hərbi hissəsində xidmət etdirmişdir. Müşfiq ailəsi ilə danışanda tez-tez hərbi xidməti başa vurduqdan sonra orda qalıb hərbçi olacağından bəhs edirdi.Hərbi xidməti dövründə daim öz komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazanmışdır.

Daim vətənin keşiyində durmaq eşqiylə yanan Müşfiq 21 dekabr 2021-ci ildə Qubadlı rayonunun Hal kəndi ərazisində komandirinin döyüş təminatı ilə bağlı tapşırığını icra edərkən qəhrəmancasına şəhadətə yüksəlir.

Ona ölümündən 1 ay sonra şəhid statusu verilmişdir. Şəhid Müşfiq Nəsirov 22 dekabr 2021-ci ildə böyüyüb boya başa çatdığı Quba rayonunun Suxtakələ kəndində dəfn edilir. 4 sentyabr 2022-ci ildə Quba rayonunun Suxtakələ kəndində şəhid Müşfiq Nəsirovun adına tikilmiş xatirə bulağının açılışı olmuşdur.