Bu məqaləni vikiləşdirmək lazımdır. |
Müştəri-qulluqçu arxitekturası - işçi stansiyaların və serverin hesablama güclərindən (imkanlarından) maksimal səmərəli istifadə edilməsi məqsədilə idarəetmənin onlar arasında paylanmasına əsaslanan lokal şəbəkə (LAN) strukturu. Bu arxitekturada tətbiqi proqramın işlənməsi iki komponent – müştəri və server (qulluqçu) arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçili sistemlərin “lal” terminanlarından fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturasındakı müştərilər mükəmməl fərdi kompüterlər olur. Server olaraq başqa fərdi kompüterdən, minikompüterdən və ya menifreymdən istifadə edilə bilər; o, müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarəedilməsi imkanlarını, informasiyaya kollektiv erişməyi, verilənlərin şəbəkə administirasiyasını və qorunmasını verir. Özündən öncəki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturası çərçivəsində çalışan proqram təminatının üzərində serverlər və işçi stansiyalar birgə işləyir.