Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Müəllimim Qoşqar Əhmədov — kitab Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədovun həyatına və elmi yaradıcıllığına həsr olunmuşdur. Çoxsaylı arxiv materiallarına əsasən tərtib olunmuş kitabda Qoşqar Əhmədovun həyat yolu haqqında məlumat verilmişdir. Kitab ön söz, Qoşqar Əhmədovun həyat və fəaliyyətinə həsr olmuş 17 bölmədən, ad göstəricisindən, istifadə olunmuş ədəbiyyatdan ibarətdir. Kitabda verilən məlumatlar daha çox arxiv materiallarına əsaslanmış və professor Qoşqar Əhmədovla əlaqədar 112 tarixi foto-şəkil öz əksini tapmışdır.
Müəllimim Qoşqar Əhmədov | |
---|---|
Müəllimim Qoşqar Əhmədov | |
Müəllif | Misir Mərdanov |
Janrlar | Elm və Təhsil Tarixi |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 2017 |
Nəşriyyat | Radius(nəşriyyat) |
Nəşr | 2017-ci il |
Səhifə | 261 səhifə |
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov: "Hər bir xalqın yaddaşında o xalqın tarixini, elmini, ədəbiyyatını, mənəviyyatını təmsil edən görkəmli şəxslər olmuşdur. Azərbaycan xalqı da məhz belə bir xalqdır. Zaman-zaman öz milli məfkurəsini, amalını xalqının rifahına, onun elminin, təhsilinin, mədəniyyətinin inkişafına həsr edən, millət, vətən sevgisi ilə alışıb-yanan vətəndaşlar yetirən əzəmətli bir xalq! Əgər xalqımızın tarixini vərəqləsək, müxtəlif vaxtlarda belə mütəfəkkirlərin yetişdiyinin və ardıcıllarını yetirdiklərinin şahidi olarıq. Belə insanlarla yaşanan dəqiqələr sənə bir ömür boyu bəs edir, onların şəxsiyyəti, mənəviyyatı, əməlləri sənə örnək olur. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, sözün əsl mənasında, böyük müəllim, alicənab, humanist, müdrik və xeyirxah insan Qoşqar Teymur oğlu Əhmədov xalqımızın yetirdiyi belə şəxslərdən biridir."
Qoşqar Əhmədovun doğulub böyüdüyü Gədəbəy rayonu, onu yetirən mühit və şərait, səkkiz uşaq boya-başa catdırmış valideynləri – atası, dövrünün tanınmış ziyalısı, əməkdar müəllm, Qırmızı Əmək bayrağı ordenli Teymur Əhmədli, anası Yetər xanım, onların müxtəlif ixtisaslar üzrə elmin zirvələrini fəth etmiş alim övladları haqqında oxucuya ətraflı məlumat verilir.
Qoşqar Əhmədovun təhsil illəri haqqında zəngin məlumat verir. Burada onun ilk və natamam orta təhsili, Bakı İnternasional Pedaqoji Texnikumunda və Azərbaycan Dövlət Universitetində aldığı ali təhsil, layiq görüldüyü təqaüd, elmi-tədqiqat işlərinə marağının oyanmasında əvəzsiz xidmətləri olmuş müəllimi, fizika-riyaziyyat fakültəsinin dekanı Mikayıl Xıdırzadə haqqında məlumat verilir.
Bu bölmə Qoşqar Əhmədovu təkcə tələbə kimi deyil, eyni zamanda Vətənini odlu məhəbbətlə sevən, onun yad tapdağından azad olunması uğrunda canını əsirgəməyən alovlu vətənpərvər kimi təqdim edir.
Oxucu Qoşqar müəllimin elmi-pedaqoji fəaliyyəti, namizədlik dissertasiyasının qısa məzmunu, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin dekanı kimi fəaliyyəti haqqında faktlara əsaslanmış məlumatlarla tanış ola bilər.
Bu bölmə Qoşqar Əhmədovun doktorluq dissertasiyası, onun 1955-ci ildə Moskva Dövlət Universitetinə doktoranturaya göndərilməsi haqqında arxiv sənədləri, doktorluq dissertasiyasının məzmunu, elmi məsləhətçiləri haqqında geniş məlumatı özündə əks etdirir. Bölmədə dissertasiyanın avtoreferatının surəti də verilmişdir.
Qoşqar Əhmədovun Azərbaycan Dövlət Universitetindəki elmi-təşkilati fəaliyyətinə həsr olunub. Bu bölmədə onun "Diferensial və inteqral tənliklər" kafedrasının müdiri kimi fəaliyyəti, ilk yetirmələri, ikinci dəfə mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində çalışması haqqında ətraflı məlumat verilir.
Yeddinci bölmə Qoşqar Əhmədovun ailə həyatına həsr olunmuşdur.
Bu bölmə Qoşqar Əhmədovun Orta Asiya və Qazaxıstan Respublikalarında elmi-pedoqoji fəaliyyətinə həsr olunmuşdur. Bu bölmədə Qoşqar müəllimin 1960-cı ildən başlayaraq ömrünün sonuna qədər Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanın ali məktəblərində silsilə mühazirələr oxuması, həmin ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda məruzələrlə çıxış etməsi, bu ölkələrdə onun yetirmələrinin 20 nəfərinin namizədlik (riyaziyyat üzrə fəlsəfə doktorluğu) dissertasiyası müdafiə etməsi barədə ətraflı məlumat verilir.
Doqquzuncu bölmə Qoşqar Əhmədovun anadan olmasının 50 illik yubileyinə həsr olunmuşdur. Həmin bölmədə bu böyük alimin 50 illik yubileyinin böyük təntənə ilə keçirilməsi arxiv materiallarında da öz əksini tapır.
Onuncu bölmə Qoşqar Əhmədov Azərbaycanda – "Optimal idarəetmə" məktəbinin banisi olduğunu faktlarla sübuta yetirir.
Bu bölmə Qoşqar Əhmədovu təkcə alim, müəllim, riyaziyyatçı kimi deyil, eyni zamanda yüksək insani keyfiyyətlərini, zəngin daxili mənıviyyatını bariz şəkildə əks etdirir.
Böyük insan- Qoşqar Əhmədovun dəfn mərasiminə həsr olunmuşdur.
Qoşqar Əhmədovun 80,90,95 illik yubiley tədbirlərinə həsr olunmuşdur.
Bu bölmə onun elmi-pedoqoji irsinin davamına həsr olunmuşdur.
Bu bölmədə professor Qoşqar Əhmədovun elmi əsərlərinin siyahısı verilmişdir.
Yetirmələrinin adlı siyahısı verilmişdir.
Sonuncu bölmədə isə opponenti olduğu dissertasiyaların adlı siyahısı verilmişdir.
Kitabın sonunda ad göstəricisi verilmişdir. Burada Qoşqar müəllimin bu və ya digər formada əlaqədə olduğu 300-dən çox şəxsin adları əks olunmuşdur.
Kitabdan elm və təhsil tarixi, xüsusən Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin və ölkəmizdə riyaziyyatın tarixi ilə məşğul olan mütəxəsisslər istifadə edə bilərlər.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |