Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Müəssislər məclisi — konstitusiya hazırlayacaq və qəbul edəcək, yaxud yeni dövlət quruluşu təsis edəcək səlahiyyətə malik məclis.
Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı: Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay keçməməsinə baxmayaraq, daha doğrusu hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda, F.Xoyskinin təşəbbüsü və müraciətinə əsasən 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü.
1960-cı ilin dekabrında Müəssislər Məclisinin statusu haqqında qanun qəbul edildi. Qanuna görə Müəssislər Məclisi Milli Birlik Komitəsinin (MBK) üzvləri və təmsilçilər palatasından ibarət oldu. MBK-nın qanunvericilik funksiyaları Müəssislər Məclisinə verildi. Bununla yanaşı, seçkilər və təmsilçilər palatasına üzvlərin təyin edilməsi MBK-nın səlahiyyətinə daxil idi və heç bir qanun da MBK tərəfindən bəyənilməsə, qəbul oluna bilməzdi.
6 yanvar 1960-cı ildə isə Müəssislər Məclisi işə başladı. Onun tərkibinə 295 deputat seçilmiş və təyin olunmuşdu. Təmsilçilər palatasında isə yerlərin üçdə ikisi (Cümhuriyyət Xalq Partiyası) CXP-yə məxsus idi. Təbiidir ki, bu da CXP-nin MBK üzvləri üzərində güclü təsirindən qaynaqlanırdı. CKMP isə 25 yer qazanmışdı. Müəssislər Məclisinin başlıca funksiyası konstitusiya və seçki qanunu layihəsini işləyib hazırlamaqdan ibarət idi.
1918-ci il yanvarın 5-də Rusiyada Müəssislər Məclisinə seçkilər keçirildi. Seçkinin nəticələri heç də bolşeviklərin xeyrinə olmadığından Müəssislər Məclisi elə fəaliyyətinin ilk günündəcə buraxıldı.