Mübahisələrin alternativ həlli

Mübahisələrin alternativ həlli — razılığa gələ bilməyən tərəflər arasında mübahisənin məhkəmədənkənar həlli prosesi və texnikası; üçüncü tərəfin köməyi ilə mübahisənin həll üsullarının məcmusu.

Əksər məşhur mübahisə tərəfləri və onların vəkillərinin mübahisənin alternativ həllinə qarşı mübarizə aparmaqlarına baxmayaraq, yeni həll üsulları son zamanlar həm ictimaiyyət, həm də hüquqşünaslar tərəfindən qəbul edilmişdir. Əslində bəzi məhkəmələr tərəflərdən məhkəməyə gəlməzdən öncə mübahisələrin alternativ həlli üsullarına, xüsusən də mediasiyaya müraciət etmələrini tələb edirlər.

Mübahisələrin alternativ həlli üsullarının bu qədər məşhurlaşmasının səbəbi ənənəvi məhkəmələrin iş yükünün artması, məhkəmələrlə müqayisədə xərclərin az olması, konfidensiallığın daha çox qorunması və tərəflərin qərar qəbul edəcək şəxsin və ya şəxslərin seçiminə nəzarət etmək imkanlarının olması ilə əlaqədardır.[1] Bəzi yurisdiksiyalarda, xüsusilə də İngiltərə və Uelsdə yuxarı instansiya məhkəmələri mübahisənin həlli üçün mediasiyadan istifadəni tamamilə dəstəkləyirlər.[2]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Mübahisələrin alternativ həlli adətən ən az dörd tipə bölünür: müzakirələr, mediasiya, əməkdaşlıq hüququarbitraj. Bəzən uzlaşdırma da beşinci kateqoriya hesab edilsə də, onu mediasiyanın bir forması da hesab etmək olar. Mübahisələrin alternativ həlli şəriət məhkəmələri, ümumi hüquq sistemi kimi mövcud hüquq sistemləri ilə yanaşı istifadə oluna bilər.

Mübahisələrin alternativ həlli iki tipdə ola bilər. Birinci halda mübahisələrin alternativ həlli üsulları mövcud qanunvericilikdəki mexanizmlərdən irəli gəlir. İkinci halda isə məhkəmə mexanizmlərinə əlavə və ondan asılı olmayan metodlardan istifadə olunur.

Mübahisələrin alternativ həllinə qeyri-formal məhkəmələr, qeyri-formal mediasiya prosesləri, formal məhkəmələr və formal mediasiya prosesləri daxildir. Formal məhkəmənin klassik forması arbitrajdır. Klassik formal mediasiyaya məhkəmə tərəfindən təyin edilmiş mediatorun cəlb olunduğu mediasiya prosesini aid etmək olar.

Üstünlükləri və çatışmazlıqları

[redaktə | mənbəni redaktə et]

Mübahisənin alternativ həllinin məhkəmə ilə müqayisədə bəzi üstün cəhətləri var:

  • Çoxtərəfli mübahisələrdə əlverişli olması
  • Daha az xərc
  • Sürətli həll
  • Prosesin çevikliyi
  • Tərəflərin prosesə nəzarəti
  • Tərəflərin mübahisənin həll ediləcəyi yeri seçməsi
  • Praktik həllər
  • Daha geniş məsələlər nəzərdən keçirilə bilər.
  • Ortaq gələcək maraqlar qoruna bilər.
  • Konfidensiallıq
  • Risklərin idarə edilməsi

Bununla belə, mübahisələrin alternativ həlli zamanı aşağıdakı hallar olduğuna görə daha az səmərəli ola bilir:

  • Presedentin zəruriliyi
  • Məhkəmə əmrlərinin zəruriliyi
  • Sübutetmə qaydalarının zəuriliyi
  • Məcburi icra zərurəti
  • Tərəflərin qeyri-bərabər mövqedə olması
  • Kvazi-cinayət iddiaları
  • İşin mürəkkəbliyi
  1. Totaro, Gianna., "Avoid court at all costs" The Australian Financial Review Nov. 14 2008. (April 19, 2010)
  2. Clift, Noel Rhys. "The Phenomenon of Mediation: Judicial Perspectives and an Eye on the Future". 3 May 2010. 1 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2018 – papers.ssrn.com vasitəsilə.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Professional certified and registered ADR practitioners - ADR register". www.adr-register.com. 18 yanvar 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2015.