Mübariz Əhmədov (alim) (4 noyabr 1945, Qazax) — Azərbaycanın alimi, texniki elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1996-2002), AMEA Kimya Problemləri İnstitutunun direktor müavini (2002-2014), "Şöhrət" ordenli. Alim tərəfindən ilk dəfə əlvan metallurgiya və qaz sənayesinin kükürd tərkibli zərərli qazlardan metan və onun konversiya məhsulları ilə reduksiya etməklə qiymətli xammal olan sərbəst kükürdün alınması texnologiyası işlənib hazırlanıb və SSRİ Dövlət Elm və Texnika Komitəsinin qərarı ilə Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq edilib. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə “Böyük Vətən Müharibəsi qələbəsinin 20 illik” Yubiley medalı və “Əmək veteranı” medalı ilə təltif olunub.
Mübariz Əhmədov | |
---|---|
Mübariz Məcid oğlu Əhmədov | |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Elmi dərəcəsi | |
İş yerləri | AMEA, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu. |
Onlar tərəfindən təklif olunmuş texnoloji sxem bəzi makrokomponentlərlə yanaşı (Fe, S, Cu, Zn, Pb) həmdə qiymətli mikrokomponentlərin (Ga, In, Ar, Ag, Cd) ayrılmasını təmin edir. Alunit filizin təkmilləşdirmə emalı əsasında, qiymətli produktların (Al 2O3 Al2(SO4)3, H2SO4, V, Ga və s.) alınmasının texnoloji prosesi alınıb və sınaqdan keçirilib. Elementar kükürdün metanın və onun konversia produktları ilə (СO+H2). katalitik və termiki bərpasının nəzəri və praktiki aspektləri hazırlanılıb. Alınmış nəticələr Norilsk (mis) zavodunun dağ-metallurg kombinatında tətbiq olunub(Rusiya Federasiyası). Bakı və Şirvan istillik elektrostansiyasında mazutun yanma nəticəsində alınmış kül qalıqlarından vanadiyin ayrılması prosesini tərtib edib. Yüksək effektli metalseolit katalizator su buxarlı karbonturşulu metanın sintez qaza çevrilməsi tərtib olunmuşdur[1]. Həmçinin bir sıra qiymətli məsüllarının (Al 2O3, Al2(SO4)3, NaK(SO4)2-(MgO, MgCl2, CaO, CaCl2) gildən və növlərindən hazırlanması prosesi tırtib olunmuşdu. M.M.Əhmədov 360-dan çox elmi məqalənin 20 müəllifi şəhadətnaməsi və patentin müəllifidir. Onun rəhbərliyi altında 21 nəfər kimya üzrə fəlsəfə doktoru 2 elmlər doktoru hazırlanılıb.