Mübariz Əkbərov

Mübariz ƏkbərovAzərbaycan Respublikasının Əməkdar Rəssamı.

Mübariz Əkbərov
Doğum tarixi (69 yaş)
Doğum yeri Gəncə
Fəaliyyəti rəssam
Təhsili Ali
Janr Filiqran

Əkbərov Mübariz Səməd oğlu 1955-ci il aprel ayının 2-də Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Gəncə şəhəri Rəssamlıq Məktəbini, 1975-ci ildə isə Gəncə şəhər pedaqoji texnikumunun rəssamlıq fakültəsini bitirmişdir. 1980-ci ildə M.Əliyev adına İncəsənət İnstitutunun Rəssamlıq fakultəsinə daxil olmuş, 1985-ci ildə bitirmişdir. Mübariz Əkbərov 30 ildən çoxdur ki filiqran işləmələri ilə məşğuldur və o, Danimarka, İngiltərə, Almaniya, Fransa, TürkiyəRusiyada təşkil olunmuş bir sıra beynəlxalq sərgilərin iştirakçısı olmuşdur. O, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, yaratmış olduğu əsərlər bir sıra müzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Ailəlidir, 2 övladı, 2 nəvəsi var.

  • 1995-ci ildə Bakı şəhərində fərdi sərgisi təşkil olunmuşdur
  • 2001-ci ildə Gəncə şəhərində fərdi sərgisi təşkil olunmuşdur
  • 2003-cü ildə Bakı şəhərində "Sənət İnciləri" adlı fərdi sərgisi təşkil olunmuşdur
  • 2004-cü ildə Gəncə şəhərində fərdi sərgisi təşkil olunmuşdur
  • 2005-ci ildə Bakı şəhərində fərdi sərgisi təşkil olunmuşdur
  • 2006-cı ildə Gəncə şəhərinin 2500 illiyinə həsr olunmuş fərdi sərgisi təşkil olunmuşdur
  • 2007-cü ildə Şəki şəhərində "Sənət İnciləri" adlı fərdi sərgisi təşkil olunmuşdur
  • 13-21 fevral 2010-cu il tarixində Londonda Viktoriya Və Albert müzeyində keçirilən Azərbaycan Mədəniyyəti günləri çərçivəsində 22 əl işindən ibarət sərgisi təşkil olunmuşdur
  • 2011-ci ildə Fransanın Dijon şəhərində əl işlərinin fotosərgisi təşkil olunmuşdur
  • 2-12 iyun 2016-cı il tarixində Bakı şəhəri, Azərbaycan Xalça Müzeyində 1-ci Beynəlxalq Türk Dünyasının Ortaq Dili-Naxışlar simpoziumu çərçivəsində Metalda Həkk Edilmiş Gözəllik adlı fərdi sərgisi təşkil olunmuşdur
  • 28 noyabr 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Gəncəli sənətkarın gözəllik dünyası” sərgisinin açılışı olub.[1]
  • 1993-cü ildə Bakı şəhərində təşkil olunmuş "Azərbaycan Folkloru" müsabiqə sərgisində 2-ci dərəcəlidiploma layiq görülmüşdür
  • 1996-cı ildə Bakı şəhərində təşkil olunmuş "Dekorativ Tətbiqi Sənət" üzrə müsabiqə sərgisinin laureatı və qalibi olmuşdur
  • 1999-cu ildə "Dədə Qorqud-1300" müsabiqə sərgisinin laureatı və qalibi olmuşdur
  • 10 oktyabr 2008-ci ildə Bakı şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş "Rəngkarlıq və Tətbiqi İncəsənət" müsabiqə sərgisinin qalibi olmuşdur

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Əməkdar Rəssam Mübariz Əkbərov metalişləmə sənətini yaşadan nadir sənətkarlardandır" (az.). 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2017.