"Mübariz Allahsızlar İttifaqı" (ilk adı: "Allahsızlar Cəmiyyəti") — 1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş din əleyhinə təşkilat.
1924-cü ilin yanvarında AK(b)P Mərkəzi Komitəsi Siyasi Bürosu Din Əleyhinə Komissiya yaratmışdır. Komissiya tərəfindən şəhər və kəndlərdə "Allahsızlar Cəmiyəti" təşkil olunur. 1929-cu ildən din əleyhinə hücum daha da güclənir və həmin il "Allahsızlar Cəmiyyəti" "Mübariz Allahsızlar İttifaqı"na çevrilmişdir[1].