Mücrü nəşriyyatı


Mücrü Nəşriyyatı MMC rəsmi olaraq 21 dekabr 2019-cu ildə dövlət qeydiyyatından keçmişdir. Nəşriyyat fəaliyyətə başladığı gündən həm yerli, həm də dünya ədəbiyyatının nəşri ilə məşğul olur. Bura bədii kitablarla yanaşı, uşaq ədəbiyyatı, metodik və akademik nəşrlər; habelə bir çox layihə nəşrləri, promonəşrlər aiddir. “Mücrü” nəşriyyatı yazıçı-naşir Müşfiq XAN tərəfindən təsis edilmişdir. [1]

"Mücrü" nəşriyyatı
Ölkə Azərbaycan Azərbaycan
Yaranma tarixi 21 dekabr, 2019-cu il
Qurucu Müşfiq XAN
Qərargah Bakı, Azərbaycan
Mövzular bədii kitablar,uşaq ədəbiyyatı, metodik və akademik nəşrlər
Sayt mucru.art

Şirkət fəaliyyətini aşağıdakı istiqamətlərdə davam etdirir:

1. “Mücrü” nəşriyyatı

2. “Mücrü ART” ədəbiyyat və sənət portalı

3. “Mücrü” kitab evi

4. “Mücrü” kitab klubu

5. “Mücrü” uşaq dərgisi


“Mücrü” nəşriyyatı[redaktə | mənbəni redaktə et]

“Mücrü” nəşriyyatının seriyaları:

  • “Çoxbilmiş” uşaq seriyası: Seriyada məktəbəqədər yaşdan başlayaraq orta təhsilin yuxarı sinif yaşlarına qədər oxucular üçün metodik və bədii kitabların nəşri həyata keçirilir.
  • “Abituriyent” seriyası: Bu seriyada ali məktəblərə, habelə magistratura və dövlət qulluğuna, müəllimlərin işə qəbul imtahanlarına hazırlaşan oxucular üçün metodik və akademik kitablar yayımlanır.
  • “Bapbalaca” seriyası: Bu seriyada uşaqlar üçün müxtəlif mövzulu rəngləmələr və nağıllar nəşr edilir.
  • “Elm” seriyası: Bu seriyada magistratura və dövlət qulluğuna, müəllimlərin işə qəbul imtahanlarına hazırlaşan, habelə xarici dil öyrənmək istəyən oxucular üçün metodik və akademik kitablar yayımlanır.
  • “Bir saatda tarix”: Seriya Azərbaycan və dünya tarixində önəmli yer tutan görkəmli şəxslər haqqında kitablar nəşr edir. Seriya bütün sənət sahələrini əhatə edir.
  • “Tarix olduğu kimi”: Seriya Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün təsis edilib. Azərbaycanlıların və qeyri-azərbaycanlıların Azərbaycan haqqında memuar, qeyd və baxışları bu seriyada nəşr edilir.
  • Bədii kitab seriyaları:
  • “Proza” seriyası: Seriya Azərbaycan müəlliflərinin nəsr nümunələrini nəşrə hazırlayır.
  • “Poeziya” seriyası: Azərbaycan müəlliflərinin nəzm nümunələrindən ibarət kitabları yayımlayır.
  • “Zirzəmi” seriyası: Dünya ədəbiyyatının nəsr nümunələrini nəşr edir.
  • “Çardaq” seriyası: Dünya şairlərinin əsərlərini yayımlayır.[1]


Nəşriyyatda çap olunan kitablara nümunələr:
Müəllif Kitabın adı Seriyanın adı Növü
Zaur Ustac “Güllünün şeirləri” “Çoxbilmiş” uşaq seriyası Şeirlər
Suzana Tamaro “Kitablardan qorxan uşaq” “Çoxbilmiş” uşaq seriyası Hekayə
Oxumağı, yazmağı öyrənək “Çoxbilmiş” uşaq seriyası
Hədiyyə Şəfaqət “Kələ-kötür və hamar” Proza seriyası Hekayələr
Rövşən Yerfi “Qanadı sınmış mələklər” Proza seriyası Povestlər
Nargis “Metakədər” Proza seriyası Esselər
Məhəmməd Əmin Rəsulzadə Əsrimizin Siyavuşu Proza seriyası Esse
İmmanuel Kant “Təhsil haqqında” Proza seriyası Esselər
Şəhriyar İbrahimov “Mavi bir intihar” Poeziya seriyası Şeirlər
Zaur Ustac “45” Poeziya seriyası Şeirlər
Mücrü Nəşriyyatı "Bu kino ki var…" Proza seriyası Araşdırma
Əli Əmirli "Ustad dərsləri" Proza seriyası Araşdırma
Məmməd Oruc "Qısa qapanma" Proza seriyası Roman
Антуан де Сент-Экзюпери "Маленький Принц" Çoxbilmiş seriyası Povest
Əkrəm Rəhim (Bije) "662 saylı məhbus" Bir Saatda Tarix seriyası Araşdırma
Üzeyir Hacıbəyli "Ailəsinə məktublar" Bir Saatda Tarix seriyası Araşdırma
Əyyub Qiyas "Aktyorların həyatından maraqlı anlar" Bir Saatda Tarix seriyası Araşdırma
Ket Smuts "Avraam Linkoln" Bir Saatda Tarix seriyası Araşdırma
Manaf Süleymanov "Azərbaycan milyonçuları" Bir Saatda Tarix seriyası Araşdırma
Şəmsəddin Abasov "Cəfər Cabbarlı haqqında xatirələr" Bir Saatda Tarix seriyası Araşdırma
Ötəmiş Hacı "Çingiznamə" Bir Saatda Tarix seriyası Araşdırma
Albert Enşteyn "Dünyanı necə görürəm" Bir Saatda Tarix seriyası Araşdırma
Nərgiz Cabbarlı "Ədəbiyyatdan intihara" Bir Saatda Tarix seriyası Araşdırma
Cəlil Cavanşir "Ədəbiyyatın bəxtsiz və şıltaq övladları" Bir Saatda Tarix seriyası Araşdırma

“Mücrü ART” ədəbiyyat və sənət portalı[redaktə | mənbəni redaktə et]

Portalın təsisçisi “Mücrü” nəşriyyatı, baş redaktoru yazar-tərcüməçi Cəlil Cavanşirdir. “Sənətkarların məkanı” sloqanı ilə yayımlanan sayt 10 aprel 2020-ci ildə rəsmi fəaliyyətə başlamışdır. “Mücrü ART” gündəlik e-dərgidir. Oxucularının görüşünə ədəbiyyat, sənət, kino, teatr və digər mədəniyyət xəbərləri ilə gəlir.[1]

“Mücrü” kitab evi[redaktə | mənbəni redaktə et]

Kitab evi 13 fevral 2020-ci ildən fəaliyyətə başlayıb. Kitab evinin təsisçisi “Mücrü” nəşriyyatı, direktoru yazıçı-tərcüməçi Xanım Aneladır. Hazırda nəşriyyatla eyni binada yerləşən kitab evi faəliyyətini Azərbaycan və xarici müəlliflərin əsərlərinin satışı üzərində qurub. Yaxın vaxtlarda kitab evinin daxilində “Mücrü” bookcafe faəliyyətə başlayacaq ki, bu da oxuculara kitablarla daha rahat tanışolma, kitab evi daxilində oxuma fürsəti qazandıracaq. Yaxın günlərdə kitab evi müxtəlif sənət nümunələrinin satışını da planlaşdırır.[1]

“Mücrü” kitab klubu[redaktə | mənbəni redaktə et]

Kitab klubu 8 fevral 2020-ci ildən fəaliyyətə başlayıb. Təsisçisi “Mücrü” nəşriyyatı, direktoru yazıçı-naşir Müşfiq XANdır. Kitab klubu öz işini nəşriyyatın ay ərzində yayımladığı kitablara abuna yazılışı üzərində qurur. Oxucular 1-12 aylıq müxtəlif abunə şərtlərini seçməklə nəşriyyatın ay ərzində yayımladığı bütün kitabları əldə edə bilirlər. “Mücrü” kitab klubu yaxın vaxtlarda hədiyyə kartlarını oxucuların istifadəsinə verəcək.[1]

“Mücrü” uşaq dərgisi[redaktə | mənbəni redaktə et]

Uşaq dərgisi 20 aprel 2020-ci ildən fəaliyyətə başlayıb. Təsisçisi “Mücrü” nəşriyyatı, baş redaktoru yazıçı-şair Sevinc Elsevərdir. Jurnal daha çox məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub. Uşaqlar dərgidə bir-birindən maraqlı hekayələr, şeirlər, maraqlı rubrikalar, oyunlar, müxtəlif ölkələr, xalqlar, şəhərlər, heyvanlar, quşlar, bir sözlə dünyada uşaqları maraqlandıran hər şey haqqında məlumat əldə edə bilirlər. Bundan əlavə, jurnal vasitəsilə uşaqlar bilik yarışına qoşulur, hər nömrədə verilən test tapşırıqlarının düzgün cavabları ilə bir növbəti nömrədə tanış olur, özləri-özlərini qiymətləndirir.[1]

Əlaqə[redaktə | mənbəni redaktə et]

Mücrü Nəşriyyatı, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan 117 (Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yanı)

Tel.: (012) 595 10 40/ +994773457747 / +994555028932 (whatsapp)

Facebook: Mücrü Nəşriyyatı / Instagram: mucrunesriyyati / Website: www.mucrunesriyyati.az - www.mucru.art

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 ""Mücrü" nəşriyyatı: haqqımızda". mucru.art (aze). 2020-06-09 tarixində orijinalından arxivləşdirilib.