Mühafizə relesi

Su elektrik stansiyasında elektromexaniki mühafizə releləri. Relelər dairəvi şüşə ilə əhatə olunub. Düzbucaqlı şəklində olan qurğular ölçü transformator dövrələrinin izolyasiyası və sınağı zamanı istifadə edilən test əlaqə bloklarıdır.  

Mühafizə relesi — sistemdə xəta müəyyən edilən zaman kəsicini dövrədən açan rele qurğusudur. İlk mühafizə releləri elektromaqnetik qurğular idi.  Bu mühafizə releləri yüksək cərəyan, yüksək gərginlik, cərəyanın tərs axını, yüksək tezlik və aşağı tezlik kimi hallar müəyyən edilən zaman kəsicini dövrədən açır.[1]

Elektromexaniki relelər sistemdə yaranan xətanın yalnız yerini və səbəbini elementar olaraq indikasiya etmək imkanına malikdir.[2] Bir çox hallarda vahid mokroprosessorlu relelər iki və daha çox elektromexaniki qurğuların funksiyalarını təmin edirdilər. 

  1. Lundqvist, Bertil. "100 years of relay protection, the Swedish ABB relay history" (PDF). ABB. 2016-04-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 iyun 2018.
  2. Schossig, Walter. "Protection History". Pacworld. September 2014. 2019-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.