Müharibə Uşaqlığı Muzeyi (bosn. Muzej ratnog djetinjstva) ― 2017-ci ilin yanvar ayında Bosniya-Herseqovinanın Sarayevo şəhərində açılan tarixi muzey. Muzeydə əşyalar, video ifadələri və hekayələrin vasitəsi ilə Bosniya müharibəsindən sağ çıxan uşaqların həyatlarından bəhs olunur. 2018-ci ildə muzey sənayesinin ən prestijli mükafatlarından biri olan Avropa Şurası Muzey Mükafatı bu muzeyə təqdim olundu. Hadisə 2018 "Avropada ilin muzeyi" müsabiqəsi çərçivəsində baş verdi.[2][3]
Müharibə Uşaqlığı Muzeyi | |
---|---|
Əsası qoyulub | 2017 |
Açılış tarixi | 28 yanvar 2017 |
Təsisçi | Yasminko Haliloviç |
Mövzu | Bosniya müharibəsi zamanı uşaqların həyat hekayələri |
Ölkə | |
Yerləşir | Logavina 32, Sarayevo |
Telefon | +387-33-535-558[1] |
43°51′43″ şm. e. 18°25′42″ ş. u.HGYO | |
museum.warchildhood.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Layihə 2010-cu ildə Sarayevolu təşəbbüskar, aktivist və “müharibə övladı” Yasminko Haliloviçin Bosniya müharibəsi illərində uşaq olmuş gənc yetkinlərin qısa xatirələrini toplamaq üçün onlayn platformadan istifadə etməsindən başladı. 1000-dən çox gənc yetkin öz xatirələri ilə bölüşmüşdür. Haliloviç bu xatirələrini 2013-cü ildə nəşr olunan kitabda paylaşdı. Kitab sonradan alman və yapon dillərinə tərcümə olundu.[4]
Haliloviç xatirələrini təqdim edən gənc yetkinlərlə yazışmağa başladıqda, keçmiş "müharibə uşaqları"nın bir çoxunun hələ də xatirələri ilə əlaqəli xüsusi obyektlərə sahib olduğunu başa düşdü.[5] Muzey kolleksiyasını inkişaf etdirmək üçün digər gənc mütəxəssislər qrupu ilə işə başladı, nəticədə 3000-dən çox əşyanı və 60-dan çox şifahi ifadələr hekayələrini topladı.[6]
2016-cı ilin may ayında Müharibə Uşaqlığı Muzeyi Bosniya və Herseqovina Tarix Muzeyində ilk müvəqqəti sərgisini keçirdi.[7] Daha sonra sərgilər Zenitsa və Visoko şəhərlərində təşkil olundu.[8] 2017-ci ilin yanvar ayında muzeyin daimi sərgisi Sarayevonun Loqavina küçəsində açıldı.
Muzeyin kolleksiyalarında gündəliklər, oyuncaqlar, fotoşəkillər, geyim əşyaları və müharibə zamanı sağ qalanların bağışladığı başqa müxtəlif əşyalar var.[9] Bütün əşyaların yanında onları təqdim edən şəxsin birinci şəxs tərəfindən yazılan xatirələri yerləşdirilib. Əşyalara əlavə olaraq ziyarətçilər həyat hekayələri dinləyə və götürülmüş intervyulardan parçaları oxuya bilərlər.[10]