Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü hər il noyabrın 6-da qeyd olunan beynəlxalq gündür.[1][2] Müharibələr və silahlı münaqişələr zamanı ətraf mühitdən sui-istifadənin qarşısının alınması üzrə Beynəlxalq Gün Kofi Atta Annanın baş katib olduğu dövrdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 5 noyabr 2001-ci ildə müəyyən edilmişdir.[3]
Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü | |
---|---|
Tarix | 6 noyabr |
O vaxtdan bəri Baş katib Pan Gi Mun yazırdı: "Təbii ehtiyatların qeyri-davamlı istismarının silahlı münaqişənin alovlanması və maliyyələşdirilməsinə və sülhün kövrək əsaslarını pozmasına yol verməmək üçün dialoq və vasitəçilikdən tutmuş qabaqlayıcı diplomatiyaya qədər əlimizdə olan bütün vasitələrdən istifadə etməliyik" deyə bildirmişdir.[4]
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) bu gün ilə bağlı bir neçə dəfə bəyanat yayıb.[5] 2018-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ilə əlaqədar şərh verib.[6]