Mühyiəddin Naxçıvani

Mühyiəddin Naxçıvani (tam adı: Əbu Abdulla Məhəmməd ibn Abdullah ibn Əhməd ən-Naxçıvani) — fəqih (hüquqşünas; XIII əsr-XIV əsrlər).

Mühyiəddin Naxçıvani
Fəaliyyəti hüquqşünas

Əsli Tusdandır. Yaxın adamlarına bağlı və onların bütün işlərinə yardımçı olmuşdur.Mühyiəddin Naxçıvani haqqında məlumat verən məşhur ərəb alimi və biblioqrafı İbn əl-Fəvati 1305-1306-cı ildə onu Arranda gördüyünü, şəfiilərlə yaxınlığını xüsusi qeyd etmişdir. Şeyxlər nəslinə mənsub idi. Naxçıvanda əsaslı mövqeyə və var-dövlətə malik olmuşdur.

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. -333-334. ISBN 5-8066-1468-9.