Mülki tac (lat. Corona civica) — Qədim Romada ikinci ən əhəmiyyətli hərbi mükafat.
Bu, palıd yarpaqlarından ibarət çələng idi. Mülki tac legionerlərin həyatının qorunmasına verdiyi töhfəyə görə təqdim edilmişdir. Sulla islahatlarından sonra mülki tacla təltif olunan hər kəs senatda da yer almağa başlamışdır. Qanun həmçinin bütün ictimai toplantılarda mülki tac taxmağı məcbur qılmışdır.[1]
Oktavian Avqust Roma vətəndaşlarının həyatını xilas etməklə nəticələnən növbəti vətəndaş müharibəsinin qarşısını aldığı üçün mülki tacı ilə təltif edilmişdir. Sonradan mülki tac Roma imperatorlarının üstünlüyü və əlamətdar xüsusiyyətinə çevrilmişdir.[1]